”Turan” İnformasiya Agentliyinə qarşı cinayət işinə xitam verilib

Agentliyə qarşı bütün ittihamlar qeri götürüldü

Source:


Agentliyə qarşı bütün ittihamlar qeri götürüldü

Vergilər Nazirliyinin “Turan” İnformasiya Agentliyinə qarşı qaldırdığı cinayət işinə xitam verilib. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin ölkədən çıxışına qoyulan qadağa da götürülüb.

Məlumatı “Turan”

yayıb

. Cinayət işinə xitamla bağlı məlumat agentliyin direktoru Mehman Əliyevə Respublika Prokurorluğunda verilib.

Cinayət işi 2017-ci il avqustun 7-də qaldırılıb. Agentliyin direktoru külli miqdarda pul mənimsəmədə və vergilərdən yayınmaqda ittiham edilirdi. Mehman Əliyev ittihamları rədd edərək, bunun azad sözə qarşı hücum olduğunu bildirmişdi.

Avqustun 25-də Mehman Əliyev məhkəmənin qərarı ilə həbs edilsə də, sentyabrın 11-də Bakını tərk etməmək şərti ilə barəsində həbs-qətimkan tədbiri dəyişdirilmişdi.

“Turan” İnformasiya Agentliyi 1990-cı ildə yaradılıb.

Ana səhifəXəbərlər”Turan” İnformasiya Agentliyinə qarşı cinayət işinə xitam verilib