Turan-ın proqnozu: İyunun ortalarında brent markasının barreli $55 olacaq

Bu artım siqnalı təsdiq edilsə, bu il qiymət üçbucağın hündürlüyünə uyğun olaraq 78-80 dollara çata bilər

Source:


Bu artım siqnalı təsdiq edilsə, bu il qiymət üçbucağın hündürlüyünə uyğun olaraq 78-80 dollara çata bilər

Bu ilin martından neftin qiyməti Fibonaççi üçbücağı qanununa uyğun olaraq, ən aşağı həddə çatandan sonra artmağa başlayıb.

2016.03.04-dən 2014.06.22-də başlayan get-gedə əksilən trenddən çıxış başladı. Trendin müddəti 2014.06.22-dən 2016.03.04-dək oldu.

Korreksiya başa çatandan sonra 2014.04.04-dən yuxarıya doğru hərəkət başlayıb, buna qalxan trend kimi baxmaq olar.

2016.01.20-dən yuxarıya yönələn (yəni qiymət artımı) üçbucaq yaranmağa başlayıb və o, artıq formalaşmaq üzrədir.

Qiymətin üçbucaqdan çıxmasının hesablama nöqtəsi qalxan trendə dəstək xəttinin 61.8 səviyyəsli Fibonaççi xətti və Fibonaççi yelpik xəttinin bu üç xəttin kəsişməsi nöqtəsində əldə edilib.

Beləliklə, qiymətlərin bu qalxan üçbucaqdan çıxması üçün son vaxt 2016.07.17-dir. Amma bundan əvvəl də ola bilər.

Bu vaxta qədər qiymət 55-56 dollara qalxa, sonra azca düşə bilər.

Bu artım siqnalı təsdiq edilsə, bu il qiymət üçbucağın hündürlüyünə uyğun olaraq 78-80 dollara çata bilər.

Turan Agentliyi bildirir ki, bu proqnoz sırf subyektivdir və praktik tətbiq üçün istifadə edilə bilməz, birja ticarətində istifadə edilə bilməz.

Ana səhifəXəbərlərTuran-ın proqnozu: İyunun ortalarında brent markasının barreli $55 olacaq