Agentliyə qarşı qaldırlmış cinayət işinə xitam verilib-verilməməsi barədə rəsmi məlumat verilmir
Sentyabrın 18-də “Turan” İnformasiya Agentliyinin dondurulmuş bank hesabları açılıb.
Ötən həftə Vergilər Nazirliyi agentliyə qarşı vergi borcunu ləğv edib.
“Turan”-ın məlumatında deyilir ki, agentliyə qarşı qaldırlmış cinayət işinə xitam verilib-verilməməsi barədə nazirlik rəsmi məlumat vermir. Buna görə də agentliyin normal işinin təmin edən şərait hələ ki, yaradılmayıb.
Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti bu ilin avqustunda “Turan”-a qarşı 37 min manat əlavə vergi hesablayıb və cinayət işi qaldırıb. Sentyabrın 12-də nazirlik qeyd olunan məbləğlə bağlı qərarını ləğv edib.
Agentliyin direktoru Mehman Əliyev avqustun 24-də həbs edilib, sentyabrın 11-də azadlığa buraxılıb.