Bakı Şəhər İcra Hakimiyyəti

Mənbə: Meydan TV

Başlıq: Bakı Şəhər İcra Hakimiyyəti

"Bakı Şəhər İcra Hakimiyyəti təmir edilən yaşayış evləri barədə məlumatı gizlədir"

Məqalə yeniləndi:  16 İyun 2021

Binaların təmirinə 13 milyon 470,9 min manatın xərclənəcəyi bildirilir

Bakı Şəhər İcra Hakimiyyəti Dövlət Mənzil Fonduna aid binaların təmirinə 13 milyon 470,9 min manat yönəldəcək.

Bu barədə "Turan" məlumat yayıb.

Bildirilir ki, icra hakimiyyətinin hansı binaların təmir edəcəyi barədə məlumatlar gizlədilir.

Agentlik yazır ki, təmir işləri ilə bağlı müqavilə iyunun 8-də “Star Konstrakşın-12” QSC-ə verilib.

Qeyd olunub ki, icra hakimiyyəti apreldə “TFM-Smart Project” MMC ilə dövlət mənzil fondunun binalarının təmirinin layihə-smeta sənədlərinin hazırlanmasına dair müqavilə imzalayıb: "Layihələndirmə şirkəti bu işə görə 290 min manat alacaq. Ancaq nə tender elanlarında, nə də satınalma prosedurları ilə bağlı müqavilələrin imzalanması məlumatlarında təmir edilməli olan binaların dislokasiyası barədə heç nə deyilmir. “Dövlət satınalmaları haqqında” qanunun 26 maddəsinə görə, elanda göndərilən malların adı, miqdarı (həcmi), çatdırılma yeri, görüləcək işin xarakteri,yeri və göstərilən xidmətin təsviri əks olunmalıdır. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinə (145-1.4.1 maddəsi) uyğun olaraq, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər inzibati cəriməyə cəlb edilir".

Agentlik İqtisadiyyat Nazirliyinin bu barədə sualını cavabsız qoyduğunu bildirib: "Paradoksal haldır ki, dövlət satınalmalarının vahid elektron portalına əsasən, paytaxtın mənzil fondunun həm layihələndirmə, həm də təmir işləri eyni gündə - dekabrın 31-də başa çatmalıdır".

Sonda qeyd olunub ki, 2020-ci ildə dövlət mənzil fondunun binalarının təmiri üzrə müqavilə “İnpeks.N” MMC-ə verilmişdi: "Müqavilənin dəyəri 19 milyon 986 min manatdır".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  16 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cgb268

Ən çox baxılan