Ehtiyatda olan leytenantın könüllü çağırışa getdiyi bildirilir
Ağ Partiyasının sədri Tural Abbaslının qardaşı, ehtiyatda olan leytenant Teymur Abbaslı oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə həlak olub.
Bu barədə Ağ Partiyasının mətbuat katibi Cavanşir Abbaslı Meydan TV-yə açıqlama verib.
Teymur Abbaslı Müsavat Partiyasının üzvü Başxanım Abbaslının oğludur.
1978-ci ildə Bakı şəhərində doğulan Teymur Abbaslı sentyabrın 29-da könüllü zabit kimi çağırışa getmişdi.