Tural Abbaslı: ”Hamımız Müsavat Partiyasından istefa verəcəyik”

Elman Fəttah: ”Nə qədər tez getsə, bir o qədər yaxşı olar”

Foto: Arxiv
Tural Abbaslı
Tural Abbaslı
Tural Abbaslı
Tural Abbaslı


Elman Fəttah: ”Nə qədər tez getsə, bir o qədər yaxşı olar”

“May ayında “Ağ blok”un qurultayı keçiriləcək. Bloku partiyaya çevirəcəyik”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, “Ağ blok”un həmtəsisçisi Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, blokun partiyaya çevrilməsi barədə artıq ilkin qərar verilib və qurultayda elan olunacaq: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, tam qeydiyyatlı siyasi partiya olaraq fəaliyyət göstərək. Buna görə də blokun qurultayından sonra qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyi düşünürük”.

T. Abbaslı Müsavatdakı aqibətlərinə də aydınlıq gətirib. O qeyd edib ki, blok üzvlərinin adları Müsavat Partiyası sıralarında olsa da, faktiki, ayrı siyasi qüvvə kimi fəaliyyət göstərirlər: “Biz yalnız kağız üzərində Müsavat üzvü sayılırıq. Qurultay ərəfəsində hamımız Müsavat Partiyasından istefa verəcəyik. Qanunvericilikdə də bir şəxsin iki partiyada təmsil olunması qadağandır”.

Elman Fəttah
Elman Fəttah

Tural Abbaslının partiyadan istefa verəcəkləri barədə fikirlərini Meydan TV-yə şərh edən başqan müavini Elman Fəttah bildirib ki, deyilənləri təbii qarşılayır: “Tural Abbaslı tamamilə düz deyir. Mən sevinirəm ki, nəhayət, o, müsavatçı olmadığını etiraf etdi. Partiyadan getməsinə də normal baxıram. Nə qədər tez getsə, bir o qədər yaxşı olar”

Ana səhifəXəbərlərTural Abbaslı: ”Hamımız Müsavat Partiyasından istefa verəcəyik”