Onlar mağazadan plastik qabda olan əşyaları almamağa çalışırlar. Çünki plastiklərin ömrü insan ömründən uzundur, emal olunmur, tullantı kimi təbiətdə qalır. Ona görə Sənubər və Alp az tullantılı həyata keçiblər.
Sənubər evinin həyətində 4 quyu qazıb, çürüyə bilən tullantıları ora atır. Bəzən bu tullantılar bar gətirir.
Alp diş məcunu, yuyucu vasitələri özü düzəldir, çalışır təbiətə az ziyan vursun.
Hər il dünyada 2 milyard ton tullantı atılır. Hər gün adambaşına düşən tullantı orta hesabla 740 qramdır. Dünya Bankının proqnozuna görə tullantılar 2050-ci ilə qədər 3,40 milyard tona çatacaq. Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə 2018-ci ildə Azərbaycanda yaranmış istehsal və istehlak tullantıların miqdarı 2896 tondur. Bir nəfərə düşən tullantı miqdarı 295 kq-dır.