“Trendyol” qiyməti artırdığını deyir, “Paşa Holdinq” təkzib edir

Trendyol. Foto: T. Schneider/shutterstock

Şirkət qiymət artımının daha böyük həcmli bağlamalara aid edildiyini bildirir 

Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi edildiyi bildirilir.

Sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən iki dəfəyə qədər artdığını qeyd ediblər.

“Trendyol Azərbaycan” şirkətindən “Qafqazinfo”ya bildirilib ki, qiymət artımı daha böyük həcmli bağlamaların sifarişlərinə təqdim edilib.

Yeni qaydalara əsasən, məhsul çeşidimizin çox kiçik bir hissəsində müxtəlif həcmli bağlamaların qiyməti fərqlənir. Ən aşağı desi (bağlamanın ümumilikdə ölçüsü – eni, uzunluğu) qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL – 399,99 TL (5-20 AZN) )arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər”, – “Trendyol Azərbaycan” şirkətindən bildirilib.

“Paşa Holding”. Foto: “Paşa Holding”

“Paşa Holdinq”dən isə Meydan TV-yə qiymətlərin artırılmadığı deyilib.

2023-cü il aprelin 29-da Türkiyədə keçirilən “TEKNOFEST” tədbiri çərçivəsində Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” “Paşa Holdinq”lə müqavilə bağlayıb.

Bundan sonra Azərbaycandan “Trendyol” vasitəsilə birbaşa sifarişlər edilir.

“Trendyol Azərbaycan” çatdırılmasında isə daim problem yaşandığı bildirilir.

Birbaşa sifariş edənlər, bağlamaların bəzən 1 aydan da uzun müddətə gəldiyini, yanlış göndərildiyini, texniki avadanlıqların isə zədəli formada çatdırıldığını bildirirlər.

Ana səhifəİqtisadiyyat“Trendyol” qiyməti artırdığını deyir, “Paşa Holdinq” təkzib edir