Yaralı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib
Bakının Xətai rayonunda faciəli hadisə baş verib.
“Report” məlumat verir ki, 2008-ci il təvəllüdlü Tunar Əliyev yaşadığı evin yaxınlığında – Süleyman Əhmədov küçəsi 6 ünvanında yerləşən üç fazalı transformator məntəqəsinə daxıl olub. Nəticədə onu elektrik cərəyanı vurub, azyaşlı hər iki əl və baş nahiyyəsindən xəsarət alıb.
Yaralı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Transformator “Azərişıq” ASC-nin Xətai Rayon Enerji Satışı və Təchizatı İdarəsinin balansındadır.