Trans qadının konsertdə çıxışını hakimiyyət mediası transfob yanaşmalarla təqdim edir

Mirzə Ələkbər Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evində keçirilən tədbirə trans qadın müğənni Samira Şahtaxtinskaya dəvət olunub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılandan sonra hakimiyyətin nəzarətində olan media “azyaşlıların önündə ifa edən transgender ictimaiyyətin narazılığına səbəb olub” ifadələrini işlətməklə diskriminativ fikirlər tirajlamağa başlayıb. Vaxtaşırı müstəqil jurnalistləri hədəf alan Baku TV əməkdaşları isə birbaşa mədəniyyət evinə gedib, işçiləri sorğulamağa başlayıb. Kanal deyir ki, sözügedən müəssisənin bədii rəhbəri Etibar Nurməmmədov tədbirə transgenderin dəvət olunmasından xəbərsiz olduqlarını söyləyib: 

“Onu dəvət edən işçi müdirə bu haqda məlumat vermədiyi üçün işdən çıxarılıb. Biz həmin adamı içəri girəndən sonra görmüşük. Transgender olduğunu biləndə çıxışı yarımçıq saxlanılıb” – sitatın sonu. 

Feminist fəal Gülnara Mehdiyeva deyir ki, qanunvericiliyin “kişi və qadın” bərabərliyinə fokuslanması, transgender şəxslərin bu hüquqi çətir altına düşüb-düşməməsi ilə bağlı qeyri-müəyyənlik yaradır.

Məsələnin mediada təqdimatı isə bir neçə baxımdan problemlidir. 

Stiqmatizasiya və hədəf göstərmə Baku TV-nin reportajında aydın görünür. Media birbaşa ifaçının şəxsiyyətini hədəfə alır. Bir şəxsin gender kimliyi onun peşəkar fəaliyyətini və ya ictimai tədbirdə iştirakını sual altına qoyan bir amil kimi təqdim edilir. Bu, həmin şəxsi və aid olduğu bütün qrupu arzuolunmaz elan etmək cəhdidir. Gender haqları fəalları deyirlər ki, xüsusilə qapalı cəmiyyətlərdə media hədəf göstərmə aktında diqqətli olmalıdır.

Ana səhifəVideoTrans qadının konsertdə çıxışını hakimiyyət mediası transfob yanaşmalarla təqdim edir