Trampın prezident seçilməsi nefti ucuzlaşdırdı, qızılı bahalaşdırdı

”Dəyişikliklər davamlı və kəskin olarsa Azərbaycan iqtisadiyyatına və manatında da təsirsiz ötüşməyəcək”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Dəyişikliklər davamlı və kəskin olarsa Azərbaycan iqtisadiyyatına və manatında da təsirsiz ötüşməyəcək”

Iqtisadçı Qubad İbadoğlu öz “Facebook” səhifəsində yazıb ki, Trampın prezident seçilməsi dünya fond birjaları və bazarlarını çalxalayır. O, neftin ucuzlaşıığını, qızılın isə bahalaşdığını qeyd edib.

Q.İbadoğlu seçkilərdə çox dəyər itirən meksika pesosu olduğunu bildirib: “O 1994-cü il devalvasiya böhranından sonra dollara nəzərən ən aşağı səviyyədə ucuzlaşıb. Meksika pesosu ilk dəfə olaraq 12 faiz aşağı düşərək, 1 dollara 20 peso həddinə yaxınlaşıb, yapon iyenası bütün valyutalara nisbətdə qalxıb, qızıl Brexitdən sonra 3,3 faiz bahalaşıb, neftin qiymətləri 1,7 faiz aşağı düşüb, ABŞ xəzinədarlığı 10 illik istiqrazları 1,8 faizədək ucuzlaşıb”.

“Bu hələ son deyil və təbii ki, bu dəyişikliklər davamlı və kəskin olarsa Azərbaycan iqtisadiyyatına və manatında da təsirsiz ötüşməyəcək”-iqtisadçı belə yazıb

“ABŞ-da prezident seçkilərində, senat və konqresdə respublikaçıların qələbə qazanması, Donald Trampin prezdient seçilməsi dünya fond bazarlarına, maliyyə və əmtəə birjalarına da təsirsiz ötüşməyib. İlkin təsirlər nəticəsində dünya fond birjalarında Dow Jones, S&P 500, FTSE 100 Future, Nikkei indeksləri üçün fyuçerslər aşağı düşüb, Avro, ingilis funtu, isveç kronu dollara görə dəyər qazanıb, neft ucuzlaşıb, qızıl bahalaşıb. Hazrıda dünya bazarları təlatüm içərisindədir. Qısa bir müddətdə ABŞ bazarını xarakterizə edən S&P 500 indeksi üçün fyuçerslər 5 faiz, Avropa bazarını xarakterizə edən Euro Stoxx indeksi üçün fyuçerslər 50 4,3 faiz, Asiya Sakit okean bazarını xarakterizə edən MSCİ indeksi üçün fyuçerslər 2,6 faiz faiz dəyər itirib. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir”,-deyə İbadoğlu fikrini tamamlayıb.

Ana səhifəXəbərlərTrampın prezident seçilməsi nefti ucuzlaşdırdı, qızılı bahalaşdırdı