Donald Tramp

Mənbə: arxiv

Başlıq: Donald Tramp

Trampın Nobel Mükafatına namizadəliyi irəli sürülüb

Mükafata qərar verən Norveç Nobel Komitəsi şərh verməkdən imtina edib

Norveçli millət vəkili Donald Trampı İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bağlanmış anlaşmaya vasitəçi olmaqda kömək etdiyi üçün 2021-ci il üçün Nobel Sülh Mükafatına namizəd göstərib.

“Reuters” xəbər verir ki, ikinci dəfədir, o, ABŞ prezidentini bu mükafata namizəd irəli sürür.

Parlamentlər və hökumət üzvləri, universitet müəllimləri və keçmiş laureatlar da daxil olmaqla minlərlə insan Nobel Sülh Mükafatına namizəd göstərə bilər.

Mükafata qərar verən Norveç Nobel Komitəsi şərh verməkdən imtina edib.

“İsrail ilə BƏƏ arasında sülhə verdiyi töhfəyə görə. Bu, bənzərsiz bir razılaşmadır”, -Norveç parlamentinin sağyönümlü İnkişaf Partiyasının millət vəkili Christian Tybring-Gjedde deyib.

Şimali Koreya ilə diplomatik səylərinə görə Trampı 2019-cu il mükafatına namizəd göstərən Tybring-Gjedde ABŞ qoşunlarının İraqdan çıxması səbəbindən bu il də onun namizədliyini irəli sürdüyünü deyib.

Keçən il Tramp Şimali Koreya və Suriyadakı işlərinə görə Sülh Mükafatına layiq olduğu demişdi, amma yəqin ki, heç vaxt bu şərəfə nail olmayacaq deyə o şikayətlənmişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama ilk səlahiyyət müddətindən cəmi bir neçə ay sonra, 2009-cu ildə mükafatı qazanıb.

Builki mükafatın namizədləri üçün müddət 31 yanvarda bitib və qalib 9 oktyabrda Osloda açıqlanacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kmgkz2

Ən çox baxılan