Trampın bəyanatından sonra səyahətçilər ABŞ-a dönməyə tələsir

Bəziləri isə ABŞ-a döndüklərində onları nə gözləyəcəyi barədə narahatdırlar.

Source:


30 günlük səyahət qaydası 26 Avropa ölkəsinin vətəndaşlarına şamil ediləcək

ABŞ prezidenti Donald Tramp koronavirusun yayılmasının qarşısını almaq üçün səyahət məhdudiyyətlərinin tətbiq olunduğunu elan etdikdən sonra səyahətçilər Avropa hava limanlarına axın edərək ABŞ-a dönməyə çalışıblar, – “Reuters” xəbər verir.

30 günlük səyahət qaydası 26 Avropa ölkəsinin vətəndaşlarına şamil ediləcək. Lakin bu qayda İngiltərə və İrlandiya, habelə Amerika vətəndaşlarına aid edilmir. Qayda cümə günü gecə yarısından etibarən qüvvəyə minəcək.

Trampın açıqlaması on minlərlə insanın səyahət planını pozub və artıq pandemiya adı verilən və dünyada 4600-dən çox insanın ölümünə səbəb olan koronavirusun başlanğıcından etibarən aviaşirkətlərə böyük ziyan vurub.

“Bu, kütləvi çaxnaşmaya səbəb olub”, – Suffolk Universitetinin tələbəsi 20 yaşlı Anna Qreys (Grace) deyib. O, Avropaya ilk dəfə olaraq səfər etdiyini və Fransaya getmək əvəzinə Madridin Barajas hava limanından evə uçmaq üçün biletini dəyişdirdiyini bildirib.

Mayamiyə səyahət edən təqaüdçü Kristina Elvira İspaniyanı tərk etmək məcburiyyətində olduğunu deyib.

“Avropanı tərk edə bildiyimiz üçün şanslıyıq”,- Elvira deyib. İspaniyadan ABŞ-a cümə axşamı 20-ə yaxın uçuş planlaşdırılıb.

Bəziləri isə ABŞ-a döndüklərində onları nə gözləyəcəyi barədə narahatdırlar.

“Mən biletimi dəyişməli idim, əks təqdirdə sərhədlər bağlanacaq”, – ABŞ-da çalışan bir ispaniyalı Miguel Paracuellos deyib.

“Bu, Trampın aldığı tədbirdir, çünki qabiliyyətsiz olduğundan və orada heç bir iş görə bilmədiyi üçün bu vəziyyətdə xarici düşmən axtarır. Bu halda da Avropanı günahlandırır”.

Tramp Avropa Birliyinin koronavirusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görmədiyi üçün hərəkət etməli olduğunu deyib.

Ana səhifəDünyaTrampın bəyanatından sonra səyahətçilər ABŞ-a dönməyə tələsir