”Trampın bəyanatı Putini sevindirib”

Respublikaçılar partiyasının prezidentliyə namizədinin Baltikyanı ölkələrlə bağlı açıqlaması partiyadaşlarının və Ağ Evin etirazına səbəb olub

Source:


Respublikaçılar partiyasının prezidentliyə namizədinin Baltikyanı ölkələrlə bağlı açıqlaması partiyadaşlarının və Ağ Evin etirazına səbəb olub

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp “Nyu-York Times” qəzetinə müsahibəsində bildirib ki, Rusiya Baltikyanı ölkələrə hücum edəcəyi halda, o, Latviya, Litva və Estoniyanın NATO üzvlüyünə ödədiyi maliyyə vəsaitini nəzərdən keçirdikdən sonra, qarşılıqlı müdafiə tədbirlərinə dair razılaşmaya nəzər salacaq.

“The Guardian” qəzeti yazır ki, Trampın bu açıqlaması Avropa liderləri, Ag Ev, eləcə də, Respublikaçılar Partiyasının tanınmış fiqurlarının etirazına səbəb olub.

Estoniyanın prezidenti Tomas Hendrix Twitter səhifəsində cavab olaraq bildirib ki, Estoniya ABŞ adına Əfqanıstanda “heç bir şərt irəli sürmədən” vuruşub: “Estoniya NATO üzvü olan 5 Avropa ölkəsindən biridir və ümumi daxili məhsulun 2 faizini hərbi məqsədlər üçün ayırır”.

Respublikaçılar fraksiyasının Senatdakı lideri Mitç Makkonel isə Trampın bəyanatı ilə razılaşmadığını, NATO-nu isə dünyanın ən uğurlu hərbi alyansı hesab etdiyini bildirib.

Respublikaçı senator Lindsey Graham isə deyib ki, Trampın açıqlaması Putini xeyli sevindirib.

NATO baş katibi Jens Soltenberq isə bildirib ki, alyansın müqaviləsi büllur kimi aydındır: “Biz bir-bizimizi müdafiə edirik. Hər iki dünya müharibəsi göstərdi ki, ABŞ-ın təhlükəsizliyi üçün Avropada da təhlükəsizliyin olması vacibdir”.

ABŞ dövlət katibi Con Kerri NATO-nun digər üzvlərini də sakitləşdirməyə çalışıb: “Bu administrasiya Respublikaçı yaxud Demokratların hakimiyyətə gəlməsindən asılı olmayaraq, 1949-cu ildən NATO alyansına sadiq qalır”.

NATO müdafiə xərclərinin 70 faizi ABŞ-ın üzərinə düşür. Britaniya, Estoniya, Yunanıstan və Polşa quruma ən az üzvlükhaqqı – ümumi daxili məhsulun 2 faizini ödəyir.

Alyansa üzv ölkələrin müdafiə nazirlərinin iyulun 15-də Brüssel şəhərində keçirilmiş görüşündə Estonya, Litva, Latviya və Polşaya 4 min hərbçidən ibarət taborlar yerləşdirilməsinə dair qərar qəbul olunub.

Ana səhifəXəbərlər”Trampın bəyanatı Putini sevindirib”