Tramp və Kim Jong Un

Mənbə: meydan tv

Başlıq: Tramp və Kim Jong Un

Tramp Şimali Koreyaya humanitar yardım planını dəstəkləyir

Cənubi Koreya və ABŞ prezidentləri telefonda müzakirə aparıblar

Cənubi Koreya Prezidenti Moon Jae deyib ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Şimali Koreyaya humanitar yardım göstərməsi ilə bağlı planını dəstəkləyib, - “Reuters” xəbər verir.

Moon Jae və Tramp çərşənbə axşamı 35 dəqiqə telefonda Pyonyang ilə dialoqu davam etdirmək yollarını müzakirə ediblər.

Ağ Ev mövzuyla bağlı dərhal münasibət bildirməyib.

Apreldə jurnalistlər Trampdan Şimali Koreyaya bəzi sanksiyaların asanlaşdırılmasına hazır olub-olmadığını soruşmuşdular. Tramp demişdi ki, o və Moon "müəyyən humanitar şeyləri" və Cənubi Koreyanın Şimali Koreyaya qida ilə kömək etməsi ehtimalını müzakirə edirlər.

Şimali koreyalıların təxminən yarısı şiddətli qida təhlükəsizliyindən əziyyət çəkir. Birləşmiş Mİllətlər Təşkilatı mayın 3-də bildirib ki, son 10 il ərzində isti və daşqınlar Şimali Koreyada ən pis məhsuldarlığa gətirib çıxarıb.

Tramp və Şimali Koreya lideri Kim Jong Un iki dəfə görüşüb, amma iki lider arasındakı görüşlər nəticə verməyib. Şənbə günü Şimali Koreya sahilindən raket buraxıb, ancaq Tramp və administrasiyası silah testlərini dəf ediblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/h17f7x

Ən çox baxılan