Tramp Səudiyyə Ərəbistanının neft müəssisələrinə hücumda İranı günahlandırır

İlk dəfədir ki, prezident Amerikanın hərbi yolla cavab verəcəyi ilə bağlı işarə vurur

Source:


İlk dəfədir ki, prezident Amerikanın hərbi yolla cavab verəcəyi ilə bağlı işarə vurur

Donald Tramp deyib ki, ABŞ kilidlənib və Səudiyyə Ərəbistanında neft emalı müəssisələrinə edilmiş hücumlara cavab verməyə hazırdır, “Guardian” xəbər verir.

ABŞ rəsmiləri hadisədə İranın əli olduğunu bildirir.

ABŞ prezidenti birbaşa İranı xatırlatmayıb, ancaq “twitter” hesabında qeyd edib ki, onun “günahkarı tanımağa əsası var”. Hücum edilmiş Abqaiq neft müəssisəsi dünyanın ən geniş neft email zavodudur. Hücum Birləşmiş Krallığın neft hasilatının yarıdan çoxunu dayandırıb və qlobal təchizata təsir edəcək.

“Biz təsdiqdən sonra kilidlənmiş və yüklənmişik, lakin Krallıqdan [Səudiyyə Ərəbistanı] bu hücumun səbəbkarının kim olduğuna dair və hansı şərtlərlə davam edəcəyimizlə bağlı eşitməyi gözləyirik!” – Tramp “twitter” hesabında qeyd edib.

İlk dəfədir ki, prezident Amerikanın hərbi yolla cavab verəcəyi ilə bağlı işarə vurur.

ABŞ hökuməti Səudiyyə Ərəbistanının iki ən böyük enerji təsisatına ən az 19 yerdən zərbə dəyməsini və dəymiş zərəri əks etdirən peyk fotoşəkillərini hazır edib. Rəsmilər ABŞ mediasına bildirib ki, fotolar Yəməndən daha çox, İran və ya İraq istiqamətindən gələn hücumları göstərir. İraq ərazisinin krallığa hücum üçün istifadə edildiyini inkar edib. ABŞ rəsmiləri deyib ki, İraqdan hücum ölkənin suverenliyinin pozulması deməkdir.

ABŞ rəsmiləri deyib ki, hədəflərinə çatmamış əlavə cihazların Səudiyyə və Amerika kəşfiyyatı tərəfindən birlikdə təhlil edilir. Kəşfiyyat məsələlərini müzakirə etmək üçün adının açıqlanmaması şərtiylə danışan rəsmilər silahların Yəməndən atılıb-atılmamasını deməyiblər, amma eyni zamanda da bu faktı açıq şəkildə istisna etməyiblər.

Hücumdan sonra neft qiymətləri bazar ertəsi günü altı aylıq ən yüksək səviyyəyə çatıb. Beynəlxalq etalon markası olan brent markalı xam neft bir barelinə 12 dollar əldə edərək, 68 dollara enmədən əvvəl 71,95 dollara çatıb.

ABŞ dövlət katibi Mayk Pompeo həftə sonu iddia edib ki, İran hücumdan məsuldur. Hücuma görə məsuliyyyəti Yəmənin İran tərəfindən dəstəklənən Huti üsyançı qrupu öz üzərinə götürüb. Pompeo silahların Yəməndən atılmasına dair heç bir sübut olmadığını deyib və İranı “dünyanın enerji təchizatına misli görünməmiş hücumda” ittiham edib.

Diplomatik böhran dərinləşdikcə Tramp “twitter” hesabında yazıb ki, hücumlarda əvvəl İran prezidenti Həsən Ruhani ilə görüşmək istədiyi barədə xəbərlər yalandır. “Saxta xəbərlər mənim İranla görüşməyə hazır olduğumu söyləyib. Bu, düzgün bəyanat deyil, hər zamankı kimi,” o, bazar günü deyib.

Trampın Ruhani ilə görüşəcəyi haqda xəbərləri bəyan edən Pompeo və xəzinədarlıq katibi Stivn Mnuçin (Steven Mnuchin) beş gün əvvəl çıxış edərək Trampın Ruhani ilə Nyu-Yorkda yaxınlaşan BMT-nin Baş Assambleyasında “heç bir şərt olmadan” görüşmək istədiyini deyib.

İran məsuliyyət iddialarını rədd edib. Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Pompeonun şərhləriylə bağlı deyib ki, “bu cür nəticəsiz, kor ittihamlar, iradlar anlaşılmaz və mənasızdır”.

Bazar ertəsi günü Musəvi Tramp və Ruhaninin görüşməsi ilə bağlı heç bir plan olmadığını deyib.

Həftəsonu İran İslam İnqilabı Keşikçilərinin məsul komandiri xəbərdarlıq edib ki, İran İslam Respublikası “hərtərəfli” müharibəyə hazırdır.

Ana səhifəDünyaTramp Səudiyyə Ərəbistanının neft müəssisələrinə hücumda İranı günahlandırır