Tramp Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsinin baş tutduğunu bildirib

Donald Tramp. İllüsrasiya: Meydan TV

Mayın 22-də tərəflər mübadilə üçün əsirlərin siyahılarını qarşılıqlı olaraq təqdim ediblər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb.

O deyib ki, proses “indi başa çatıb”.

Mayın 16-da tərəflər “1000-ə 1000” formuluna əsasən mübadilə barədə razılığa gəlmişdilər, lakin dəqiq tarix açıqlanmamışdı. 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna böyük hərbi əsirlərin mübadiləsini başa çatdırıblar. Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Hər iki tərəfi uğurlu danışıqların başa çatması münasibətilə təbrik edirik. Bəlkə də bu, böyük bir şeyin başlanğıcıdır?” — deyə o yazıb.

2022-ci ildən bəri ilk birbaşa danışıqlar zamanı, mayın 16-da İstanbulda Ukrayna və Rusiya hərbi əsirlərin “1000-ə 1000” formuluna əsasən mübadiləsi barədə razılığa gəliblər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bu mübadilənin bu həftə baş tutacağını bildirmişdi.

Moskva və Kiyev konkret tarix açıqlamamışdı. Mayın 22-də tərəflər mübadilə üçün əsirlərin siyahılarını qarşılıqlı olaraq təqdim ediblər.

Ən son mübadilə “205-ə 205” formuluna əsasən mayın 6-da baş tutub.

Aprelin 19-da Moskva 246 hərbi qulluqçunu qaytarıb, Kiyev də eyni sayda şəxsi qəbul edib.

Ana səhifəXəbərlərTramp Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsinin baş tutduğunu bildirib