Tramp İrana xəbərdarlıq edib: Təhdidlərlə bağlı ehtiyatlı ol!

Biz bu öhdəliyimizi nəyin bahasına olursa olsun kənara qoyuruq.

Source: Коллаж haqqin.az


''Onlar heç kimin əvvəllər etmədiyi kimi gəlib səni dişləyə bilər!''

ABŞ prezidenti Donald Tramp zənginləşdirilmiş uran səviyyəsini tezliklə aşacağını söyləyən İrana cavab verərək deyib ki, Tehranın təhdidləri "geri dönüb onu dişləyə bilər," – Azadlıq Radiosu xəbər verir.

"İran, təhdidlərlə bağlı diqqətli ol!"- Tramp iyulun 3-də tvitində qeyd edib.

"Onlar heç kimin əvvəllər etmədiyi kimi gəlib səni dişləyə bilər!" deyə o əlavə edib.

Trampın tviti İran prezidenti Həsən Rohaninin dünya güclərinin xəbərdarlığına baxmayaraq, 7 iyuldan etibarən ölkəsinin 2015-ci ildə nüvə razılaşması çərçivəsində təyin olunan 3.67 faiz konsentrasiya limitini keçəcəyi ilə bağlı bəyanatından saatlar sonraya təsadüf edir.

"Biz bu öhdəliyimizi nəyin bahasına olursa olsun kənara qoyuruq. Biz 3.67- in üzərinə çıxacağıq,"- Rohani dövlət televiziyası IRIB-ə müsahibəsi zamanı deyib.

Mayda Rohani İranın iqtisadiyyatını bir il əvvəl razılaşmadan ayrılan Vaşinqtonun iqtisadi sanksiyalarından qorumaq üçün müqavilənin tərəfdaşlarına 60 günlük müddət vermişdi. Son tarix iyulun 7-ə düşür.

İyulun 4-də İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib ki, İran "dövlətin nüvə öhdəliklərini daha da möhkəmləndirmək üçün irəliləməkdə qərarlıdır".

"Nüvə razılaşmasından çıxaraq Tramp diplomatiya yolunu yaralayıb … Bütün təhdidlərə ən yaxşı cavab aktiv müqavimətdir," – Keyvan Xosravi bildirib.

Eyni zamanda İRNA dövlət xəbər agentliyi İranın kəşfiyyat naziri Mahmud Alaviyə istinadən bildirib ki, Tehran və Vaşinqton arasında danışıqlar ABŞ-ın sanksiyaları ləğv etməsindən sonra yenidən başlaya bilər. Bununla bağlı Ali Rəhbər Ayətullah Əli Xameney də razılıq verib.

Beynəlxalq Atom Enerjisi Agentliyi bu həftənin əvvəlində İranın nüvə razılaşması ilə icazə veriləndən daha az zənginləşdirilmiş uranı bir yerə yığdığını təsdiqləyib. Bundan sonra Tramp İrana "yanğınla oynadığını" söyləmişdi.

Müqavilənin Avropa tərəfdaşları – Almaniya, İngiltərə və Fransa – Tehranı "nüvə razılaşmasına zərbə vuran əməllərdən çəkinməyə" çağırıb. Onlar Avropanın razılaşmaya sadiqliyini Tehranın müqavilədən çıxmamasıyla əlaqələndiriblər.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü iyulun 3-də qeyd edib ki, İran razılaşmadan çıxmaqla "heç bir şey qazana bilməyəcək". O, əlavə edib ki, bunun sual altında qalması məsələni həll etmək yerinə bölgədəki ziddiyyətləri daha da artıracaq.

Çin və Rusiya 2015-ci il nüvə razılaşmasının digər tərəfdaşlarıdır.

Ana səhifəDünyaTramp İrana xəbərdarlıq edib: Təhdidlərlə bağlı ehtiyatlı ol!