Tramp administrasiyası bir sıra postsovet ölkələri üçün qrantları ləğv edib

Source: google.az

139 qrant ləğv olunub, ümumi məbləği 214 milyon dollar olan xarici təşəbbüslərin maliyyələşdirilməsi dayandırılıb

“The Washington Free Beacon” qəzetinin və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) “X” sosial media platformasındakı paylaşımına görə, ABŞ bir sıra postsovet ölkələrində media, demokratiya və dezinformasiya əleyhinə proqramların maliyyələşdirilməsini dayandırır.

Hesabata görə, ABŞ Dövlət Departamenti vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən 139 qrantı ləğv edərək, ümumi məbləği 214 milyon dollar olan xarici təşəbbüslərin maliyyələşdirilməsini dayandırıb.

Hökumətin Səmərəliliyi Departamenti Dövlət Departamentinin fevralın sonunda yekunlaşan xarici maliyyələşdirmənin ilkin auditindən sonra qalan xarici yardım qrant proqramlarına əlavə baxış keçirib.

İlkin baxış nəticəsində ləğv edilməli olan 60 milyard ABŞ dolları məbləğində xarici qrantlar aşkar edilsə də, DOGE-nin əlavə müayinəsi administrasiyanın siyasəti ilə bir araya sığmayan xeyli sayda qrant proqramlarını, xüsusən də media təbliğat proqramları ilə bağlı olanları aşkar edib.

Maliyyənin kəsilməsindən təsirlənən ölkələr arasında Belarus, Moldova və bir sıra digər postsovet ölkələri də var. Ləğv edilən proqramlar arasında Qırğızıstanda “vətəndaş cəmiyyətinin dayanıqlığının və adaptasiyasının artırılması” üçün (750 000 dollar), Ermənistanda “demokratik mədəniyyətin təbliğinə” görə (2 milyon dollar), Özbəkistanda “tənqidi vətəndaş iştirakını inkişaf etdirmək” üçün (2,5 milyon dollar), Moldovada “Genişləndirilmiş Newsroom Davamlılığı və İştirakı” üçün (2 milyon dollar), “Belarusda kreativ məzmun vasitəsilə dezinformasiyaya cavab vermək” üçün (2,4 milyon dollar) proqramlar var.

Dövlət katibi Marko Rubio proqramların ixtisarına dair sərəncamı aprelin 15-də imzalayıb.

Donald Tramp Prezident kimi vəzifəyə başladığı ilk gün ABŞ-nin bütün xarici yardımlarını 90 gün müddətinə dayandırmağı əmr etmişdi.

Bu, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün ölkələrdə fəaliyyətini faktiki olaraq dayandırdı.

USAİD-in bəzi funksiyaları Dövlət Departamentinə verilib və o, agentliyin 2025-ci ilin iyul ayına qədər başa çatdırılması planlaşdırılan yenidən təşkili planlarını açıqlayıb.

Bundan əlavə, Tramp administrasiyası Dövlət Departamentinin, eləcə də BMT və NATO-nun maliyyələşdirilməsini əhəmiyyətli dərəcədə azaldıb.

Ana səhifəDünyaTramp administrasiyası bir sıra postsovet ölkələri üçün qrantları ləğv edib