D.Tramp

Mənbə: google.az

Başlıq: D.Tramp

Tramp: ABŞ qoşunları Suriyanı tərk etdikdən sonra heç nə dəyişməyib

“Onlar min ildir heç nə olmamış kimi mübarizə aparırlar”

“ABŞ heç vaxt Yaxın Şərqdə “polis” olub “sonsuz müharibələrdə” iştirak etməməli idi və Amerika qoşunlarının Suriyanın şimalından çıxarılması qərarı müxaliflərin inandığı kimi fəlakət ilə nəticələnmədi”-, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü mətbuat konfransında deyib.

“Əsgərlərimizi evə qaytardım. Mən onları (Suriyadan) çıxartdım və ... Heç bir şey olmadı”,- Tramp deyib: “Onlar min ildir heç nə olmamış kimi mübarizə aparırlar”.

Təxminən 180,000 insan, o cümlədən 80,000 uşaq, Türkiyənin Suriyanın şimal-şərqindəki kürdlərin nəzarətində olan ərazilərə daxil olmasının ardından və Trampın keçən ilin oktyabr ayının əvvəlində ABŞ qoşunlarını geri çəkəcəyi ilə bağlı bəyanatından sonra öz torpaqlarından didərgin düşüb. Bəzi rəqəmlərə görə onların sayı 300,000-ə çatır.

Türkiyənin Suriya sərhədi boyunca özünün və ABŞ tərəfindən dəstəklənən kürd qrupları arasında tampon bölgə qurmaq planları qismən nəticə hasil edib. Ev sahibliyi etdiyi 3,6 milyon suriyalı qaçqının bölgəyə yerləşdirmə planı baş tutmayıb.

Suriyanın şimalındakı bir çox bölgədə, xüsusən də Türkiyənin dəstəklədiyi islamçı qrupların nəzarəti altında olan İdlib əyalətində toqquşmalar davam edir.

Qalan ABŞ əsgərlərinin çoxu Suriyanın şərqində Deyr əl-Zor əyalətinin ətrafındakı neft yataqları yaxınlığında yerləşib və bu bölgədə ABŞ əsgərlərinin yerləşdiyi bir baza həftənin əvvəlində kiçikmiqyaslı raketlər tərəfindən hədəfə alınıb, - Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəçisi məlumat verib. Baza ABŞ rəhbərliyindəki koalisiya tərəfindən bir vaxtlar İslam Dövləti ilə mübarizədə istifadə olunub.

“Niyə Suriya ilə Türkiyə arasında əsgərlərimiz olmalıdır? Türkiyə özü öz qayğısına qala bilər”,- Tramp deyib.

Tramp həmçinin Səudiyyə Ərəbistanının “Yaxın Şərqdə sülh üçün böyük irəliləyiş əldə etmiş” İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yeni qurulmuş sazişə qoşulacağına ümid etdiyini deyib.

“Buna İran da daxil olacaq”,- Tramp deyib: “Yaxın Şərqə sülh gələcək. Yaxşı olacaq”.

Tramp, BƏƏ-nin F-35 gizli qırıcı təyyarələri almağa maraqlarının araşdırıldığını deyib.

ABŞ keçən il Rusiya istehsalı olan S-400 raketdən müdafiə sistemlərini aldıqdan sonra Türkiyəni proqramdan kənarlaşdırır və Yaponiya kimi ölkələrin F-35 proqramına qoşulması ilə bağlı təklifləri nəzərdən keçirir.

“BƏƏ-də ödəmə üçün pul var. Bu, yaxşıdır”,- Tramp deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fe0z1j

Ən çox baxılan