Prezidentliyə namizəd milyarder yenidən Krım haqqında danışıb
“ABŞ-ın Krımı Rusiyadan almaq cəhdi Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər”.
“Komsomolskaya Pravda” “Politico” nəşrinə istinadən yazır ki, bunu Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
Tramp rəqiblərinin “Deyirlər o, Krımın harda yerləşdiyini və nə vaxt Rusiya Federasiyasının tərkibinə qatıldığını da bilmir” açıqlamasına da cavab verib: “Mən bunu bilirəm. Bu, təxminən iki il əvvəl Obamanın vaxtında olub”.
Prezidentliyə namizəd ötən həftənin əvvəlində deyib ki, 8 noyabr seçkilərində qalib gəlsə, Krımın bu ölkənin tərkib hissəsi olması və Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması məsələsini nəzərdən keçirəcək.
Bundan bir neçə gün sonra isə milyarder deyib ki, yarımada sakinlərinin arzusuna hörmətlə yanaşmaq lazımdır.