Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib

İran prezidenti: “İran öz öhdəliklərinə əməl edən, ABŞ isə öhdəliklərinə heç zaman əməl etməyən ölkədir”

Source:
Tramp Qüds qərarını elan edərkən
Tramp Qüds qərarını elan edərkən


İran prezidenti: “İran öz öhdəliklərinə əməl edən, ABŞ isə öhdəliklərinə heç zaman əməl etməyən ölkədir”

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib. O, İrana qarşı ləğv olunmuş sanksiyaları bərpa etmək üçün prosesə başladıqlarını bildirib.

“İnterfax” yazır ki, ABŞ prezidenti prosesə başlamaq üçün memorandum imzalayıb. D.Tramp “saziş İrana uranı zənginləşdirməyə və yekunda nüvə sıçrayışına nail olmağa imkan yaradıb”, – deyib. O, İranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib:

“İndi bizdə əsaslı təsdiq var ki, İranın bu vədi yalan imiş”.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

İran prezidenti Həsən Ruhani isə xalqa müraciətində ABŞ-ın nüvə sazişindən çıxmasına şad olduğunu bildirib.

Məlumatı TASS yayıb. Həsən Ruhani Birləşmiş Ştatları problemli tərəfaş və öz öhdəliklərinə riayət etməyən ölkə adlandırıb:

“İran öz öhdəliklərinə əməl edən, ABŞ isə öhdəliklərinə heç zaman əməl etməyən ölkədir. Nüvə sövdələşməsi beynəlxalq müqavilədir və ABŞ ondan çıxmamalı idi. ABŞ bununla göstərdi ki, onlar beynəlxalq sazişlər üzrə öhdəliklərə riayət etmirlər”.

İran prezident əlavə edib ki, Tehran öz müttəfiqləri ilə nüvə sazişi üzrə işini Vaşinqtonsuz davam etdirəcək. Onun sözlərinə görə, İranın Xarici İşlər Nazirliyi Rusiya, Çin və Avropa dövlətləri ilə məsləhətləşmələr aparacaq.

Ana səhifəXəbərlərTramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib