Toydan çıxan müğənnilər soyğunçuluğa məruz qalıb (yenilənib)

Soyğunçulardan 4-ü saxlanılsa da, digər şübhəli şəxsin ölkədən qaçdığı deyilir

Source:


***


12.05. “Heç kim mənim pullarımı əlimdən almayıb. Mətbuatda yazıldığı kimi belə hadisə olmayıb. Bizim nə dünən, nə də srağagün toyumuz olub. Məlumat tamamilə yalnışdır”.


Bunu

azvision.az

-a keçmiş “Şeron” qrupunun üzvü, hazırda “Şadan” qrupunun rəhbəri və solisti olan İntizar Məmmədov toydan çıxandan sonra pullarının əlindən alınması haqda məlumata münasibət bildirərkən deyib.


“Kimsə bunu özündən yazıb. Həmin saytla əlaqə saxlayıb, etirazımı bildirəcəyəm. Ümumiyyətlə, belə hadisə baş verməyib. Bu məlumatları haradan və necə tapıb yazırlar, başım çıxmır”.


Sayt soyğunçuluğa məruz qaldığı deyilən Ramal İsrafilovla əlaqə saxlamağa cəhd etsə də, o, telefon zənglərinə cavab verməyib. Müğənnin bibisi, xalq artisti Mələkxanım Əyyubova isə belə bir hadisənin baş vermədiyini deyib.


“Ramalın başına belə hadisə gəlsəydi, mütləq xəbər tutardım. Dünən onun valideynləri, qardaşı ilə bir yerdə idik. Mümkün olan bir şey deyil. Belə hadisə olmayıb”.


***


Soyğunçulardan 4-ü saxlanılsa da,  digər şübhəli şəxsin ölkədən qaçdığı deyilir

Report.az yazır ki, paytaxtın Binəqədi rayonunda müğənnilərə qarşı soyğunçuluq edilib.

Məlumata əsasən, toydan çıxıb evə getmək istəyən müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb.

Oxşar hadisə elə həmin gün yenə Binəqədi ərazisində “Şeron” qrupunun keçmiş üzvü, “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.

Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. Polislər onlardan 4-nü saxlayıb.

Bildirilir ki, hadisəni törətməkdə şübhəli sayılan Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, “Vaska” kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) saxlanılıb.

Adı çəkilməyən digər şübhəli şəxsin ölkədən qaçdığı deyilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ana səhifəXəbərlərToydan çıxan müğənnilər soyğunçuluğa məruz qalıb (yenilənib)