Toyda kütləvi zəhərlənmə (yenilənib)

Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar.

Source: Foto: APA

***


Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğu avqustun 27-də İsmayıllı rayonunun Qəzli qəsəbə sakini Müşfiq Hüseynov yaşadığı evin həyətində oğlu üçün təşkil etdiyi kiçik toy məclisində 33 nəfərin (13-ü qadın, 10-u yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi haqda məlumat yayıb.


Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi və prokurorluğunun, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şamaxı Regional bölməsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib:


"Fakta bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb".


"İlkin araşdırmalarla müəyyən olunub ki, səhhətləri pisləşmiş şəxslər dərhal rayon mərkəzi xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir", deyə məlumatda qeyd olunub.

***


Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Şəkidə toy məclisində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar olaraq birgə məlumat yayıblar.


Məlumata görə, toyda iştirak edən 400 qonaqdan 57 nəfər (24-ü qadın, 1-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.


Məlumatda deyilir ki, fakta görə Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.


“Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir”.

***


Hadisənin meyvə şirəsindən baş verdiyi güman edilir

Avqustun 27-də İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub. Nəticədə 33 nəfər xəstəxanaya müraciət edib.

Hadisə Qəzli kənd sakini Müşfiq Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində baş verib. Toy sahibi özü həkimə müraciət edib. Qonaqların meyvə şirəsindən zəhərləndiyi ehtimal olunur.

Məlumatı Səhiyyə Nazirliyi yayıb.

Zəhərlənən şəxslərdən 4 nəfərin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, qalanları isə terapiya və uşaq şöbəsinə yerləşdiriliblər. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir.

Yardım göstərildikdən sonra 10-a yaxın xəstə ambulator müalicəyə buraxılıb.

Oxşar hadisə

Şəkidə də baş verib

. Səhiyyə Nazirliyinin avqustun 27-də yaydığı məlumata görə, Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar.

Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.

Ana səhifəXəbərlərToyda kütləvi zəhərlənmə (yenilənib)