Cəhbə bölgəsi

Mənbə: Meydan TV

Başlıq: Cəhbə bölgəsi

Tovuz rayonu istiqamətində atəşkəs pozulub, itki var (yenilənib)

Məqalə yeniləndi:  12 İyul 2020

***

Ermənistan Müdafiə Nazirliyi Tovuz istiqamətində atəşkəsin pozulduğunu təsdiqləyib. Bu barədə nazirliyin sözçüsü Şuşan Stepanyan “Facebook” səhifəsində məlumat yayıb.

Şuşan Stepanyan atəşkəsin iyulun 12-də saat 12.30-da Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu iddia edib: “Bizə məlum olmayan səbəblərdən Azərbaycanın UAZ avtomobilləri Tovuz istiqamətində Ermənistan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərib. Erməni tərəfi xəbərdarlıq etdikdən sonra UAZ markalı avtomobillər ərazini tərk edib, düşmən qoşunları mövqelərinə qayıdıb”.

Şuşan Stepanyan saat 13.45-də Azərbaycan Silahlı Qüvvələrinin artilleriya atəşindən istifadə ediyini qeyd edib: “Qarşı tərəf qalamızı ələ keçirməyə çalışdı, lakin atəşə tutularaq, itki verərək mövqelərimizdən uzaqlaşdırıldı”. Ermənisan Müdafiə Nazirliyinin sözçüsü onların itki vermədiyini yazıb.

***

Müdafiə Nazirliyi döyüş getdiyini deyir

İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyi hər iki tərəfdən itki olduğunu bildirir və əlavə edir ki, hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi

Mənbə: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi ictimaiyyətə əlavə məlumat veriləcəyini qeyd edib.

Ermənistan mediası hələlik bu barədə məlumat vermir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  12 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/biw59w

Ən çox baxılan