Tovuz məhkəməsinin sabiq sədri öldürülüb

Sabiq hakimin biznesmen tərəfindən qətlə yetirildiyini bildirilir

Source: Google


Sabiq hakimin biznesmen tərəfindən qətlə yetirildiyini bildirilir

Tovuzda rayonun keçmiş məhkəmə sədri Firudin Muxtar oğlu Ələkbərovun güllələndiyi bildirilir. “Report”un məlumatına görə, 1963-cü ilə təvəllüdlü F.Ələkbərov 3 güllə yarası alıb və aldığı yaralardan xəstəxanada ölüb.

Faktı Tovuz Rayon Prokurorluğu təsdiqləyib. Qurumdan APA-ya verilən məlumata görə, faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Tovuz rayonunun Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Əli Məhərrəm oğlu Şəmiyev şübhəli şəxs qismində saxlanılıb.

F.Ələkbərov 1995-ci ilə qədər rayon məhkəməsinin sədri olub. O, nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Əli Şəmiyev isə Tovuzda iş adamı kimi tanınır. Onun restoranlar və mağazalar şəbəkəsinin olduğu deyilir. Mətbuat bir müddət əvvəl Əli Şəmiyevlə Firudin Ələkbərov arasında mübahisənin yarandığını yazır. Bildirilir ki, mübahisəyə səbəb Firudin Ələkbərovun Əli Şəmiyevin qanunları pozması ilə bağlı dövlət strukturlarına etdiyi şikayətlər olub.

Ana səhifəXəbərlərTovuz məhkəməsinin sabiq sədri öldürülüb