Azərbaycan Ordusunun baş leytenantı həlak olub

Müdafiə Nazirliyi Ermənistan tərəfinin itkilərini gizlətdiyini qeyd edir.

Source: Müdafiə Nazirliyi


“Ermənistan tərəfi itkilərini gizlədir”

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə davam edən gərginlik nəticəsində Azərbaycan Ordusunun baş leytenantı Rəşad Mahmudov həlak olub.


Məlumatı

Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib:

“Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir”.

Müdafiə Nazirliyi Ermənistan tərəfinin itkilərini gizlətdiyini qeyd edir.

İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyi döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 3 əsgərinin öldüyünü, 4 nəfərin yaralandığını bildirib. Nazirlik sonradan həkimlərin səyinə baxmayaraq, yaralılardan birinin dünyasını dəyişdiyini

bildirib

.

Ana səhifəSiyasətAzərbaycan Ordusunun baş leytenantı həlak olub