Buna səbəb Londondakı tıxac olub
Avropa Liqasının Liqa mərhələsinin “Tottenhem” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib.
Matçın keçiriləcəyi Londonda yaranan böyük tıxac “Qarabağ”ın qarşılaşmanın baş tutacağı “Tottenhem Hotspur” stadionuna planlaşdırılan vaxtda çata bilməsinə mane olub.
Məlumatı UEFA yayıb.
Buna görə də, UEFA nümayəndələri görüşün Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər.