“Total” neft-qaz şirkətinin prezidenti Moskvada öldü

Kristof de Marjerinin təyyarəsinin toqquşduğu qartəmizləyən maşının sürücüsü sərxoş imiş

Source:


Kristof de Marjerinin təyyarəsinin toqquşduğu qartəmizləyən maşının sürücüsü sərxoş imiş

Oktyabrın 21-nə keçən gecə Moskvanın “Vnukovo-3” hava limanında “Falkon-300” tipli kiçik mühərrikli 4 nəfərlik təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə aşıb və yanıb. Hadisə zamanı Fransanın “Total” neft-qaz konserninin prezidenti Kristof de Marjeri və daha 3 nəfər ölüb.

Olay barədə Rusiyanın informasiya mənbələri İstintaq Komitəsinin sədri Vladimir Markinə istinadən bu məlumatı yaylblar.

Komitə sədri bildirib ki, istintaq zamanı qartəmizləyən maşının sürücüsünün alkoqolun təsiri altında olduğu müəyyənləşib.  Komitə sədri hava limanının bəzi işçilərinin istintaqa cəlb olunacağını istisna etməyib.

İlin əvvəlində Kristof de Marjeri  Avropanın Ukrayna böhranına baxmayaraq Rusiya ilə enerji münasibətlərini saxlamalı olduğunu deyib. 63 yaşlı Kristof de Marjeri 2007-ci ildən “Total”-ın prezidenti idi. Total dünyada beşinci böyük neft və qaz şirkəti, Rusiyada öndə gedən xarici investordur.

Ana səhifəXəbərlər“Total” neft-qaz şirkətinin prezidenti Moskvada öldü