Torontoda da Tofiq Yaqubluya dəstək aksiyası keçirildi

Avropada yaşayan mühacirlər də bu tipli aksiyalar keçirirlər.

Source: Meydan TV


Azərbaycanlı mühacirlər müxalif fəalın azadlığını tələb ediblər

Müsavat Partiyası və Milli Şuranın üzvü, hazırda aclıq aksiyası keçirən Tofiq Yaqubluya dəstək məqsədilə müxtəlif ölkələrdə aksiyalar keçirilir.

Növbəti aksiya sentyabrın 13-də Kanadanın ən böyük şəhəri Torontoda baş tutub. Aksiya iştirakçılarının Meydan TV-yə verdiyi məlumata görə, 10-dan çox azərbaycanlı mühacir əlində “Tofiq Yaqubluya azadlıq!” plakatı tutaraq aksiya keçiriblər, şüarlar səsləndiriblər.

Avropada yaşayan mühacirlər də bu tipli aksiyalar keçirirlər. Artıq 8 gündür jurnalist Əfqan Muxtarlı və ictimai fəallar Almaniya kansleri Angela Merkelin Berlindəki ofisi önündə aclıq aksiyası keçirir.

Martın 22-dən həbsdə olan Tofiq Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də müxalif fəalın vəziyyəti pisləşib və “City Hospital”a yerləşdirilib. Onunla görüşən vəkilinin və həkiminin sözlərinə görə, T.Yaqublu həbsxanada da aclığı davam etdirir.

119458303_3937423672938937_4848473993513042793_o.jpg
Torontoda aksiya
Ana səhifəSiyasətTorontoda da Tofiq Yaqubluya dəstək aksiyası keçirildi