Tofiq Zülfüqarov: XİN niyə münaqişənin həlli ilə təkbaşına məşğul olur?

“Azərbaycanda vitse-prezident institutunun təsis edilməsi ilə bu, zənnimcə, səhv hesab edilməli olan təcrübə dəyişdiriləcəkmi?”

Source:
Tofiq Zülfüqarov – Foto: Qafqazinfo


“Azərbaycanda vitse-prezident institutunun təsis edilməsi ilə bu, zənnimcə, səhv hesab edilməli olan təcrübə dəyişdiriləcəkmi?”

“Mən başa düşmürəm ki, Azərbaycan tərəfindən Qarabağ problemi üzrə danışıqlar niyə Azərbaycanın Xarici İşlər Nazirliyində cəmləşib?”

Bu sualı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov verir. Öz “Facebook” səhifəsində bu barədə yazan T.Zülfüqarov hesab edir ki, ölkənin XİN Qarabağ münaqişəsinin həlli ilə təkbaşına məşğul olmamalıdır. O, paylaşımında ictimaiyyətə suallar ünvanlayıb:

“Axı “Dağlıq Qarabağ” dövlət deyil, nə müstəqil dövlətdir, nə də xarici dövlət. Belə olan halda Azərbayanın Xarici İşlər Nazirliyi – konstitusiyaya əsasən ölkənin xarici siyasətini həyata keçirməli olan bir qurum niyə təkbaşına bu münaqişənin nizama salınması ilə məşğul olur? Necə düşünürsünüz, Azərbaycanda vitse-prezident institutunun təsis edilməsi ilə bu, zənnimcə, səhv hesab edilməli olan təcrübə dəyişdiriləcəkmi? Sizcə, Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionunun Azərbaycana qaytarılması məsələsində hərbi, xarici və iqtisadi siyasəti əlaqələndirə biləcək qurum necə olmalıdır? Ya da necə bir qurum (hansı bir qurum) Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionunun Azərbaycana qaytarılması məsələsində hərbi, xarici və iqtisadi siyasəti əlaqələndirə bilər?”

Keçmiş nazir martın 24-də Minsk Konfransı Mandatının (nəticələrin rezümesinin) qəbul edilməsindən 25 keçdiyini də diqqətə çatdırıb.

Ana səhifəXəbərlərTofiq Zülfüqarov: XİN niyə münaqişənin həlli ilə təkbaşına məşğul olur?