Tofiq Zülfüqarov: Paşinyan məntiqsiz bəyanatlar verir

Ş.Ramaldanov deyib ki, təlimlərdə məqsəd yeni hərbi texnikanın istifadəsi və texnikaya yiyələnən zabitlərin hazırlıq səviyyəsini yoxlamaqdır, təkmilləşdirməkdir.

Source: google.az

Paşinyan: ''Azərbaycan Xalqı ilə danışıqlar aparmağa hazıram''

Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslər intensivləşib.


Azərbaycan ordusu

martın 11-də genişmiqyaslı təlimlərə başlayıb. Martın 15-ə qədər davam edəcək, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

“Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirir”.

Eyni zamanda Müdafiə Nazirliyi bildirib ki, təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.


Nazirlik

təlimlərin gedişatı barədə məlumatları mütəmadi olaraq öz saytında yerlədirir və ordunun döyüş qabiliyyətinin yüksək olduğunu bildirir.

Təlimlərin keçirildiyi bir zamanda Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gələrək, Xankəndidə Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirib.

N.Paşinyan deyib ki, Ermənistan Qarabağın qarantı olaraq qalacaq və sülh prosesində iştirakını davam etdirəcək.

“Amma Qarabağda yaşayanlar Ermənistanda keçirilən seçkilərdə iştirak etməyiblər və mənə səs verməyiblər. Hüquqi olaraq mənim onları danışıqlarda təmsil etmək legitimliyim yoxdur”,

N.Paşinyan

deyib.

Ötən həftə Brüsseldə səfərdə olan Paşinyan Avropa İttifaqının yüksək səviyyəli məmurlarından Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı barədə təklifinə rədd cavabı alıb. Avropa İttifaqının "Avropa qonşuluğu və genişlənmə" məsələləri üzrə komissarı

Yoxanes Xan

Paşinyana bunda heç bir ehtiyacın olmadığı deyib, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Frederika Mogerini isə ona Azərbaycanla danışıqların heç bir ilkin şərt olmadan aparılmasının vacibliyini bildirib.

Bununla belə Paşinyan “Twitter” mikrobloqunda yalnız Azərbaycan Prezidenti ilə deyil, Azərbaycan Xalqı ilə də dialoq aparmağa hazır olduğunu bildirib.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

“Çünki Azərbaycan Xalqının Ermənistan və Dağlıq Qarabağ Xalqı qədər sülh sevər olduğuna əmin oldum”, – N.Paşinyan yazıb.

Bununla belə Paşinyan Azərbaycan xalqı ilə danışıqlar aparmağa hazıram dedikdə, bunun konkret olaraq hansı formatda düşündüyünü bildirməyib.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Nikol Paşinyanın açıqlamasını Meydan TV-yə şərh edərək, bildirib ki, Baş nazirin açıqlamasının məntiqsiz axarakter daşıması birinci dəfə deyil:

“Sonuncu mesajla Paşinyan göstərmək istəyir ki, guya Azərbaycan xalqı Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin azad edilməsini istəmir, guya biz “ermənisayağı sülh” istəyirik. Əgər Baş nazir Azərbaycan xalqına işğal olunmuş əraziləri boşaltmaq niyyətini ifadə etsəydi, müzakirə açmaq olardı. Ümumiyyətlə, onun işğal olunmuş ərazilərə səfəri teatr səhnəsinə oxşayır. Çünki Baş nazir sübut etmək istəyir ki, bölgədəki işğal administrasiyası müstəqil qüvvədir və danışıqlarda bərabər tərəf kimi iştirak etməlidir”.

Tofiq Zülfüqarov deyib ki, həmsədrlərin sonuncu bəyanatı ilə Nikol Paşinyanın mövqeyi təzad təşkil edir. Martın 1-də ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) bəyanat verərək, tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyiblər.

Keçmiş nazirin sözlərinə görə, Baş nazir seçim qarşısındadır, ya danışıqları davam etdirməlidir, ya da imtina etməlidir.

“Bu seçimdən qaçmaq üçün məntiqsiz bəyanatlar verir”.

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, keçmiş korpus komandiri, polkovnik Şair Ramaldanov silahlı qüvvələrin iri miqyaslı təlimlərin müəyyən bir plan və əvvəlcədən hazırlıqlar əsasında keçirildiyini bildirib:

“Belə miqyasda təlimlər hansısa görüşə, yaxud səfərə cavab sayıla bilməz. Azərbaycan Silahlı Qüvvələrindəki proseslər Ermənistandakı siyasi-hərbi proseslərə bağlı deyil. Azərbaycan ordusu tədris, döyüş hazırlığı və əməliyyat-qərargah planı əsasında fəaliyyətini qurur. İri miqyaslı təlimlər də Ali Baş Komandan tərəfindən təsdiqlənir. Ümumiyyətlə, bütün hərbi təlimlər Ermənistanın işğalçı siyasətinə cavabdır. Hər bir təlim ordunun peşəkarlığını artırır və güclənidirir. Bu proseslər ordumuzu qələbəyə yaxınlaşıdırır”.

sair_ramaldanov_esas_2.jpg
Şair Ramaldamov

Ş.Ramaldanov deyib ki, təlimlərdə məqsəd yeni hərbi texnikanın istifadəsi və texnikaya yiyələnən zabitlərin hazırlıq səviyyəsini yoxlamaqdır, təkmilləşdirməkdir.

“Təlimlər zamanı ayrı-ayrı poliqonlarda yeni alınmış raket sistemlərinin buraxılışı ilə müəyyən bir hədəflər müəyyənləşdirilir. Həmin hədəflər ümumi ssenari üzrə aparılır. Amma iri miqyaslı təlimlərdə ən müasir və yeni alınan texnikanın istifadəsi nəzərdə tutulur. Bununla bağlı video görüntülər də var ki, Azərbaycanın operativ taktik raketləri nümayiş etdirilir”.

Ana səhifəXəbərlərTofiq Zülfüqarov: Paşinyan məntiqsiz bəyanatlar verir