Mənbə: Meydan.TV

"Tofiq Yaqubluya azadlıq" aksiyasından yeni görüntülər

Saxlananlar, zorakılıqlar, görmədiyiniz görüntülər - "Tofiq Yaqubluya azadlıq" aksiyası

Konstitusiya Məhkəməsi önündə "Tofiq Yaqubluya azadlıq" tələbi ilə etiraz aksiyası keçirilib. Etiraz edən hər kəs polis maşınları və avtobuslarla ərazidən uzaqlaşdırılıb. Aksiya zamanı Tofiq Yaqublunun qızı Nigar Həzi saxlanılıb və sonra sərbəst buraxılıb. Polis bəzən çəkiliş aparan mətbuat nümayəndələrinə də mane olub. 50-yə yaxın saxlanan şəxsdən bəziləri sonradan sərbəst buraxılıb. Polisin apardığı bəzi fəallardan isə hələlik xəbər yoxdur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u24fle

Ən çox baxılan