Aprelin 25-də Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu dəfn olunub.
Dəfndə mərhumun dostları, yaxınları, siyasilər və ictimayyət nümayəndələri iştirak ediblər.
Nərgiz Yaqublu iki gün öncə Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada ağır xəstəlik üzündən vəfat edib. Onun cənazəsi aprelin 24-ü axşam saatlarında Bakıya, atası evinə gətirilib.