Tofiq Yaqublunun oğlu tələbə oldu

Tofiq Yaqublu 2013-cü ildə həbs olunub

Source:


Tofiq Yaqublu 2013-cü ildə həbs olunub

Vicdan məhbusu Tofiq Yaqublunun oğlu Rahim Yaqublu Azərbaycan Memarlıq və İnşaat Universitetininj Marketinq fakültəsinə daxil olub.

Bu barədə Nigar Yaqublu Facebook səhifəsində yazıb.

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu 2013-cü ildə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət ittihamı irəli sürülüb: 233 – ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərin təşkili və ya onlarda iştirak və 315 – güc tətbiq etməklə polisə müqavimət göstərmək.

İrəli sürülən ittihamlar İsmayıllı şəhərində yanvarın 23-24-də baş vermiş olaylarla bağlıdır.

Ana səhifəXəbərlərTofiq Yaqublunun oğlu tələbə oldu