Nigar Həzi: “Tezliklə onu həkimə aparacağıq və vəziyyəti ilə bağlı açıqlama verəcəyik”
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbs müddəti bitdiyi üçün azadlığa buraxılıb.
Bu barədə Meydan TV-yə qızı Nigar Həzi məlumat verib. O, atasının az öncə həbsdən çıxıb, evə gəldiyini söyləyib. Daha öncə atasına həbsxanada işgəncə verildiyini bildirən Nigar Həzi onun vizual olaraq yaxşı göründüyünü deyib:
“Belə üzünə baxmaqla həmin işgəncənin hansı fəsadlara səbəb olduğunu demək çətindir. Ancaq həkimə gedəndən sonra bilinəcək səhhətində hansı problemlərin olduğu. Tezliklə onu həkimə aparacağıq və vəziyyəti ilə bağlı açıqlama verəcəyik”.
Tofiq Yaqublu oktyabrın 19-da Milli Şuranın mitinqində həbs edilmişdi. Ona 30 sutka inzibati həbs cəzası verilmişdi. Tofiq Yaqublu 30 günü Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlanıb.