Tofiq Yaqublu və Natiq İsrafilov quru aclığa başlayıblar

Jurnalist Xədicə İsmayıl da aksiyaya qoşulub

Source:
Aclıq aksiyası keçirənlər
Aclıq aksiyası keçirənlər


Jurnalist Xədicə İsmayıl da aksiyaya qoşulub

Bloger Mehman Hüseynova dəstək olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublu və Natiq İsrafilov quru aclığa başlayıblar.

“Turan” Agentliyinin yazdığına görə, yanvarın 15-də T. Yaqublu və N.İsrafilov su qəbulundan da imtina ediblər.

T.Yaqublu yanvarın 4-dən, N.İsrafilov isə yanvarın 9-dan aclıq

edirlər.

Müsavat Partiyasının qərargahında ümumilikdə 5 nəfər aclıq aksiyası keçirir.

Yanvarın 15-da aksiyaya jurnalist Xədicə İsmayıl da qoşulub.

“Mən bütün siyasi məhbusların azad edilməsini tələb edirəm”, – X.İsmayıl deyib.

Hazırda məhbus həyatı yaşayan bloger Mehman Hüseynova qarşı azadlığına iki ay qalmış yeni cinayət işi

açılıb

.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.

Ana səhifəXəbərlərTofiq Yaqublu və Natiq İsrafilov quru aclığa başlayıblar