Tofiq Yaqublu Qubad İbadoğlunun partiyadan çıxarılmasından üzülüb

“Çox təəssüf ki, vəziyyət bu həddə çıxdı”

Source:


“Çox təəssüf ki, vəziyyət bu həddə çıxdı”

Bu barədə müsavatçı məhbus ailəsi ilə telefon danışığında deyib. Ötən gün 54 yaşını həbsxanada qeyd edən Tofiq Yaqublu qızına bildirib ki, vəziyyət bu yerə gəlib çıxmamalıydı. Tərəflər atdıqları addımlarda birinci növbədə Müsavat Partiyasının mənafeyini nəzərə almalıydılar”.

Tofiq Yaqublu deyib ki, partiyanın birliyini, gücünü və nüfuqzunu zədələyən addımlar yolverilməzdir. Çox təəssüf ki, vəziyyət bu həddə çıxdı. Mən məsələnin detallarını bilmirəm, məlumatı da ANS-dən almışam”.

Məhbusun qızı Nigar Yaqublu bu barədə özünün Facebook səhifəsində yazıb.

Ana səhifəXəbərlərTofiq Yaqublu Qubad İbadoğlunun partiyadan çıxarılmasından üzülüb