Tofiq Yaqublu övladının yasına buraxıldı

Nərgiz Yaqublunun nəşinin Azərbaycana cümə günü axşam saatlarında gətiriləcəyi, dəfn mərasiminin aprelin 25-də keçiriləcəyi nəzərdə tutulur

Source:


Nərgiz Yaqublunun nəşinin Azərbaycana cümə günü axşam saatlarında gətiriləcəyi, dəfn mərasiminin aprelin 25-də keçiriləcəyi nəzərdə tutulur

Vicdan məhbusu, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu indilərdə həbsdə olduğu həbsxanadan müvəqqəti azadlığa buraxılıb.

Bu haqda “Turan İA”-a T.Yaqublunun vəkili Nemət Kərimli bildirib.

T.Yaqublu bu günlərdə Rusiyanın Tomsk şəhərində dünyasını dəyişmiş qızı Nərgiz Yaqublunun dəfn və hüzr mərasimində iştirak edə bilmək üçün bir həftə müddətinə azad edilib.

N.Yaqublunun nəşinin Azərbaycana cümə günü axşam saatlarında gətiriləcəyi, dəfn mərasiminin aprelin 25-də keçiriləcəyi nəzərdə tutulur.

T. Yaqublu 2013-cü ildə baş vermiş “İsmayıllı olayları”na görə həbs edilib. 5 il müddətinə azadlıqdan məhrum olunub və cəzasını 13 saylı həbsxanada çəkir.

Ana səhifəXəbərlərTofiq Yaqublu övladının yasına buraxıldı