Tofiq Yaqublu başqan müavinliyindən getdi

Müsavat Partiyasının başqanı sərəncam imzalayıb

Source:
Tofiq Yaqublu


Müsavat Partiyasının başqanı sərəncam imzalayıb

Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu başqan müavini vəzifəsindən azad edilib. Bununla bağlı partiya başqanı Arif Hacılının sərəncam imzaladığı bildirilir.

Tofiq Yaqublu xəbəri Meydan TV-yə təsdiqləyib. Bildirib ki, onun partiyadan çıxarılmasının bir səbəbi sərəncamda göstərilib:

“Bu, Milli Şura üzvü olmağımla bağlıdır. Digər səbəblər barədə danışmaq istəmirəm”.

Arif Hacılı da məlumatı təsdiqləyib və sərəncamını Tofiq Yaqublunun başqan müavini kimi funksiyaların həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilməməsi ilə izah edib.

Tofiq Yaqublu 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub.

2010-cu ildən partiya başqanının müavini olub.

2013-cü ildə İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə 5 il azadlıqdan məhrum olunub.

2016-cı ildə əfv fərmanı ilə azad edilib.

Ana səhifəXəbərlərTofiq Yaqublu başqan müavinliyindən getdi