Tofiq Yaqublu 7 günlük azadlıqda(VİDEO)

Aprelin 24-də həbsdə olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun dəfnində iştirak etmək üçün 7 günlük azadlığa buraxılıb.

Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində vəfat edib.

Ailənin yaxınlarının məlumatına görə, Nərgiz Yaqublunun nəşi 24 aprel gecə saatlarında Azərbaycana gətiriliəcək.

T. Yaqublu 2013-cü ildə baş vermiş “İsmayıllı olayları”na görə həbs edilib. 5 il müddətinə azadlıqdan məhrum olunub və cəzasını 13 saylı həbsxanada çəkir.

Ana səhifəVideoTofiq Yaqublu 7 günlük azadlıqda(VİDEO)