Hakim şahidlərin məcburi gətirilməsi barədə qərar çıxarıb
Noyabrın 17-də Şirvan Apellyasiya Məhkəməsində Ələsgər Novruzovun sədrliyi ilə satirik şair Tofiq Həsənlinin şikayətinə baxılmalı idi. Lakin proses təxirə salınıb.
Vəkil Elçin Sadıqov “Turan”-a bildirib ki, şahidlər gəlmədiyinə görə məhkəmə olmayıb. Hakin onların məcburi gətirilməsi barədə qərar qəbul edib. Növbəti iclas dekabrın 1-nə təyin edilib.
T.Həsənli bu il avqustun 22-də mühakimə edilib və narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum olunub. T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi fikirləri ilə tanınıb.
2005-ci ildə narkotik maddə ittihamı ilə 3 il azadlıqdan məhrum edilib, ancaq 2007-ci ildə amnistiyaya düşüb.
T.Həsənli “Facebook” və “Youtube”-də satirik yazıların dərcini davam etdirib. 2015-ci ilin yanvarında həbslə hədələndiyini bildirib.
Oktyabrda isə saxlanılıb.