Sat
ı
c
ı
lar Avropa Olimpiya Oyunlar
ı
na haz
ı
rl
ı
qla ba
ğ
l
ı
qiym
ə
tl
ə
rin
ö
zba
şı
na qalxaca
ğı
n
ı
hesab edir
Mayda martın sonu-aprelin əvvəli ilə müqayisədə tikinti materiallarının qiyməti dəyişməyib, amma ilin əvvəli ilə müqayisədə düşüb. Mövsümi amil, son ay yarımda istehlak inflyasiyası təsir göstərib. Qaradağ daşı iki dəfə ucuzlaşıb və 42 qəpikdir (sürücülər belə satır). Güzdək daşı 40 qəpik, rayonlarda 60-80 qəpikdir.
Yerli armaturun (“Baku Stell Company”) tonu martla müqayisədə $ 850-dən 740-760-a düşüb. Mismar, şveller, metal borular və başqa mallar da bu qədər ucuzlaşıb.
Mayda tikinti materialları bazarında monitorinqə əsasən, mayda idxal mallarından parket 2 faiz, şifer 1,5 faiz, kafel və metlax 1,5 faiz, izolyasiya materialları 1 faiz, boyalar 2 faiz ucuzlaşıb. Yerli malların xüsusi çəkisi 62,3 faiz olub.
Tikinti materialları bazarında işləyən satıcılar hesab edir ki, Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı qiymətlər özbaşına qalxacaq.
Bazarda qarşılıqlı əlaqə var. Ərzaq inflyasiyası tikinti materiallarına da təsir edir. Bir çox satıcılar bildirir ki, inhisarçı məmurlara bağlı iri distribütor şirkətlərinin rəhbərləri onları idarə edir. Fevralda da tikinti materialları bazarında sabitlik olub.
Tikinti materialları bazarında işləyən satıcılar konyunkturdan asılı olmayaraq qiymət artırır və bunu aksiz qiymətlərinin artımı fonunda ümumi bahalanma ilə bağlayırlar. Bazara iri distribütor şirkətlərinə ayırmalar üzrə faiz artımı da təsir edir. Fiskal və yoxlama orqanlarının reydləri də nəzərdən qaçırılmamalıdır (Turan İA).