Tiflisdə jurnalistlərin həbsinə etiraz aksiyası


Milli Mətbuat Gününün il dönümünə təsadüf edilən aksiyaya səbəb,  Azərbaycan hakimiyyəti tərəfindən ölkədə jurnalistlərin həbs edilməsinə etiraz etmək olub

Gürcüstanın paytaxtı Tiflis şəhərində yaşayan bir qrup jurnalist və aktivist buradakı  Azərbaycan Səfirliyi qarşısında aksiya keçirdib. Milli Mətbuat gününün il dönümünə təsadüf edilən aksiyaya səbəb,  Azərbaycan hakimiyyəti tərəfindən ölkədə jurnalistlərin həbs edilməsinə etiraz etmək olub. Aksiya iştirakçıları əllərində həbsdə olan jurnalistlərin şəkillərini tutaraq onların azad olunaması ilə bağlı şüarlar səsləndirib.

Aksiya iştirakçıları iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  bəzi kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri diplom və adların verilməsinə də etirazlarını bildirblər.

 Aksiya bir saata yaxın davam edib və heç bir insident olmayıb.

22 iyul Milli Mətbuat gününün 140-ci il dönümüdür. Hazırda Azərbaycanda 10 jurnalist bu günü həbsdə qeyd edir.

Ana səhifəVideoTiflisdə jurnalistlərin həbsinə etiraz aksiyası