Ticarət mərkəzləri, hətta qəzet köşklərində iş dayanıb

“Siqaretlərin satışını dayandırmışıq. Çünki onlar xarici valyuta ilə alınır. Firmalardan xəbər gözləyirik”

Source:


“Siqaretlərin satışını dayandırmışıq, çünki onlar xarici valyuta ilə alınır, firmalardan xəbər gözləyirik”

Azərbaycan Mərkəzi Bankının 21 dekabr qərarı ticarət obyektlərinin bağlanmasına səbəb olub. Meydan TV-nin əməkdaşları şəhərin “28 may”, “Elmlər Akademiyası”, “Nizami” metro stansiyaları ərazilərində müşahidə aparıb, satıcılarla söhbət ediblər. Satıcılar vəziyyətin pis olduğunu söyləyiblər: “Vəziyyət pisdir. Biz işçilərik, xəbər gözləyirik. Açığı qorxuruq mağazanı bağlamağa. Hər şey firmalardan aslıdır, onlar qiyməti qaldırsa, məcburən biz də qaldıracağıq”.

Bəziləri isə satışı dayandırdıqlarını deyiblər: “Siqaretlərin satışını dayandırmışıq, çünki onlar xarici valyuta ilə alınır, firmalardan xəbər gözləyirik”.

Ana səhifəXəbərlərTicarət mərkəzləri, hətta qəzet köşklərində iş dayanıb