Ticarət dövriyyəsinin 50.6 faizi ərzağa gedir

Sənaye istehsalında 6 faiz azalma var

Source:


Sənaye istehsalında 6 faiz azalma var

2017-ci ilin yanvar-aprel aylarında ölkənin pərakəndə ticarət şəbəkələrində 10.2 milyard manatlıq məhsul satılıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılıb.

Bildirilir ki, ticarət dövriyyəsinin 50.6 faizini ərzaq məhsulları, içkilər, tütün məmulatları, 49.4 faizini isə qeyri-ərzaq məhsulları təşkil edib:

“Əhalinin hər nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263.5 manat olub. Ticarət şəbəkəsində bir nəfər orta hesabla hər ay 133.2 manatlıq ərzaq məhsulları, tütün və içki alıb. 130.3 manat isə qeyri-ərzaq mallarına gedib. Bu ilin yanvar-aprel aylarında ölkə sənayesində 12.6 milyard manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır”.

Sənaye istehsalı isə 6 faiz azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2.8 faiz artıb, neft sektorunda isə 7.5 faiz azalıb.

Sənaye məhsulunun 70.5 faizi mədənçıxarma, 23.8 faizi emal, 5 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunub. 0.7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşür.

Mədənçıxarma sektorunda neft hasilatı 9.5, əmtəəlik qaz hasilatı isə 0.2 faiz azalıb.

Qida məhsullarının istehsalı 3.7 faiz, içkilərin istehsalı 39.4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2.2 dəfə, geyim istehsalı 73.6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 88.6 faiz artıb.

Habelə, kimya sənayesi məhsullarının 11.7 faiz, əczaçılıq məhsullarının 2.3 dəfə, rezin, plastik kütlə məmulatlarının 60.6 faiz, tikinti materiallarının 44.7 faiz, metallurgiya sənayesi məhsullarının 2.4 faiz, kompüter və elektron məhsulların istehsalının da 2.1 dəfə artdığı bildirilir.

Tütün məmulatlarının istehsalı 49 faiz, dəri, dəri məmulatlarının, ayaqqabıların istehsalı 60.4 faiz, kağız, karton istehsalı 2.8 faiz, poliqrafiya məhsullarının istehsalı 60.7 faiz, hazır metal məmulatlarının istehsalı 29.5 faiz, maşın və avadanlıqların istehsalı da 1 faiz azalıb. Bundan başqa, maşınların, avadanlıqların quraşdırılması və təmiri işlərinin 59.9 faiz azaldığı bildirilir.

Elektrik enerjisi, qaz, buxar istehsalı 2.4 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1.2 faiz azalma baş verib.

Ana səhifəXəbərlərTicarət dövriyyəsinin 50.6 faizi ərzağa gedir