Tibb Universitetinin məzunları Səhiyyə Nazirliyinə etiraza gəliblər

Azərbaycan Tibb Universitetinin məzunları Səhiyyə Nazirliyinə etiraza gəliblər. Onlar ixtisas almaq üçün aprelin 1-də rezidenturaya imtahan veriblər. İmtahanın ikinci turu iyulun 8-də keçiriləcək. İmtahandan 10 gün öncə məlum olub ki, həkimlik üçün ayrılan yerlər azaldılıb. Ötən il yerlərin sayı 504 idisə, bu il 332-yə düşüb. Birinci turdan keçən 605 nəfər 332 yer uğrunda yarışacaq. Tələbələr bunu ədalətli hesab etmirlər. Onlar tələb edirlər ki, qəbul yeri ötən ilki sayda olsun.

Tələbələrin qarşısına çıxan nazirliyin baş məsləhətçisi Təranə Əhmədova dövlət müəssisələrindəki ehtiyaca görə qəbul yerlərini azaltdıqlarını bildirib.

Tələbələr yekun qərarı bilmək üçün iyulun 2-də yenidən Səhiyyə Nazirliyinin qarşısında toplaşacaqlar.

Ana səhifəVideoTibb Universitetinin məzunları Səhiyyə Nazirliyinə etiraza gəliblər