İmtina Ouenin ötən ilin dekabrında Azərbaycana səfəri və Avropa Oyunları, habelə ölkədə söz və ifadə azadlığının pozulması faktları haqqında material hazırlaması ilə bağlı ola bilər
Britaniyanın “Theguardian” qəzetinin müxbiri Ouen Gibsona Bakıda Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiya verməyiblər. Buna görə o, Azərbaycana gələ bilməyib.
“Theguardian” qəzetinin yazdığına görə, Ouen hələ yanvarda akkreditasiya üçün müraciət edib və elə həmin vaxt aviabilet bronlaşdırıb və təşkilatçılardan media kəndində yerləşdirilmək üçün təsdiq alıb.
Dəfələrlə sorğu göndərdikdən sonra, iyunun 5-də əməliyyat komitəsi cavab verib ki, dövlət orqanları hələ də Ouenin müraciətinə baxırlar.
Sonda, cümə axşamı səhərə qədər və təyyarənin uçmasına üç saat qalarkən Ouen müraciətinə heç bir cavab almayıb, buna görə Azərbaycana gələ bilməyib.
Qəzet yazır ki, imtina Ouenin ötən ilin dekabrında Azərbaycana səfəri və Avropa Oyunları, habelə ölkədə söz və ifadə azadlığının pozulması faktları haqqında material hazırlaması ilə bağlı ola bilər.
Gibbson jurnalist Xədicə İsmayılova ilə də görüşüb. Sonrada İsmayılova tezliklə həbs olunub.
“Turan İA”-a məlumatlı mənbələrdən bəlli olub ki, BBC-nin Azərbaycan Xidmətinin əməkdaşı da daxil olmaqla, hakimiyyət daha bir neçə jurnalistə akkreditasiya verməkdən imtina edib.