”The Washington Post” yenə məhbus jurnalistdən yazdı

”Ağ Ev Xədicə İsmayılı prioritet elan etsəydi, onda azadlıqda olardı”

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl


”Ağ Ev Xədicə İsmayılı prioritet elan etsəydi, onda azadlıqda olardı”

”Tez-tez ABŞ-ın yüksəkrütbəli rəsmiləri bəzi rejimlərin kobud insan haqları pozuntularını önə çəkmirlər, yetər ki, həmin rejimlər Amerikanın digər maraqlarına cavab versinlər. Bu anlamda jurnalist Xədicə İsmayılın işi özəlliklə narahatlıq yaradır. İsmayıl Bakıda ABŞ-ın maliyyələşdirdiyi Azad Avropa/Azadlıq Radiolarına qoşulmamışdan öncə Vaşinqtonda ”Amerikanın Səsi” radiostansiyasında təlim keçib. O, Azərbaycanı idarə edən İlham Əliyev və ailəsinə bağlı korrupsiyanı üz çıxaran səs-küylü araşdırmalar hazırlayıb; bu yaxınlarda açıqlanmış ”Panama Papers” onun ofşor şirkətlərlə bağlı yazdıqlarını təsdiqlədi. Əliyevlər həmin şirkətlər vasitəsilə qızıl mədənlərində paya yiyələniblər”.

Bunu ABŞ-ın nüfuzlu

Ağ Ev Xədicə İsmayılı prioritet elan etsəydi, onda azadlıqda olardı

ndə oxuyuruq.

Yazıda Xədicə İsmayılın saxta ittihamlarla 7 il yarım həbsə məhkum edildiyi vurğulanır.

”O, təqibə məruz qalan yeganə jurnalist deyil, ancaq özünü söz azadlığına həsr etmiş ABŞ radiostansiyasının jurnalistidir. Amma Obama administrasiyasının bu işə reaksiyası zəif olub. Jurnalistə hökm oxunanda, Dövlət Departamentinin bəyanatında deyilirdi ki, ”Birləşmiş Ştatlar bu işdən dərin narahatlıq keçirir”.

Departament onun buraxılmasına çağırdı. Ancaq cənab Əliyev bu yaxınlarda Vaşinqtonda Dövlət katibi John Kerry və vitse-prezident Joe Biden-lə görüşəndə, heç biri açıq şəkildə İsmayılın adını çəkmədi. Əliyevin səfərindən öncə digər azərbaycanlı siyasi məhbusların bəziləri buraxılmışdı. Azadlıq Radiosunun rəsmisi deyir ki, ”Ağ Ev İsmayılı prioritet elan etsəydi, onda azadlıqda olardı”.

Qəzet yazır ki, Xədicənin işi Konqresin beynəlxalq insan haqları pozuntuları ilə bağlı qanun layihəsini təsdiqləməsinin vacibliyini qabardır. Qlobal Magnitsky Aktı kimi tanınan layihə qəbul olunarsa, hökumət rəsmilərinin qanunsuz fəaliyyətini aşkarlayan insan haqları fəalları, yaxud fərdlərə qarşı pozuntu törədən ”istənilən xarici şəxsə” ABŞ sanksiyaları tətbiq olunacaq. Bu layihə 2012-ci ildə qəbul olunmuş Maqnitsky Aktının geniş formasıdır. Kütləvi mənimsəmə mexanizmini aşkarlamış vəkil Sergei Magnitsky Rusiyada həbsdə öləndən sonra ABŞ həmin qanunu qəbul etdi və rusiyalı rəsmilərə sanksiya qoymağa başladı.

”Obama administrasiyası vaxtilə Magnitsky Aktına qarşı çıxırdı, ancaq o vaxtdan 39 rusiyalıya sanksiya qoyub. Qlobal qanun isə gələcək administrasiyaların Xədicə İsmayılın işi kimi məsələlərdə tədbir görməsi üçün təzyiq göstərər. Ən vacibi odur ki, Konqresin uyğun komitələrinin sədrləri və aparıcı üzvləri spesifik halları icra orqanı qarşısında qaldıra biləcək və onların da cavab verməsi tələb olunur”.

Yazıda qeyd olunur ki, Qlobal Magnitsky Aktını Senator Benjamin L.Cardin hazırlayıb və dekabrda senatdan keçib, indi Nümayəndələr Palatasındadır. Administrasiyanın bəzi üzvlərinin fikrincə, bu qanunvericilik ABŞ-ın hərəkətlərini insan haqlarıyla bağlı işlərlə məhdudlaşdırar, insan haqları kampaniyaçıları, informasiya ötürənləri də əhatələyər. Ancaq ”The Washington Post” palatanı bu qanunu tezliklə qəbul etməyə çağırır.



azadliq.org

Ana səhifəXəbərlər”The Washington Post” yenə məhbus jurnalistdən yazdı