“The New York Times”: Xankəndi sakini deyir ki, tezliklə Rusiya pasportu alacağıq

“Dağlıq Qarabağ sülh müqaviləsində Putin yeni bir yanaşma ortaya qoyub”

Source: Reuters



“The New York Times” qəzetinin əməkdaşları Qarabağdan reportaj





hazırlayıblar.




Meydan TV Anton Troyanovki və Karlotta Qallın hazırladığı “Putin Dağlıq Qarabağ sülh müqaviləsində yeni bir yanaşma ortaya qoyub” adlı məqalənin tərcüməsini təqdim edir.

Xarab olmuş köhnə mikroavtobus dağ yamacında yerləşən nəzarət-buraxılış məntəqəsinə yaxınlaşanda içəridəki bir Azərbaycan əsgəri qəzəbli halda buxarlı pəncərəsini ovuşdurdu və bir neçə addım aralıda dayanan erməniyə tərs- tərs baxdı.

Sadəcə bir neçə gün öncə onlar şiddətli müharibənin qarşı tərəfləri idilər. Ancaq indi onların arxasında bir rus sülhməramlısı dayanmışdı. O, mikroavtobusu sağdakı – Azərbaycanın nəzarətindəki əraziyə doğru apardı. Ermənilər isə sol tərəfdəki, onların nəzarətində olan torpaqlara köçüblər.

Azərbaycanla Ermənistan arasında mübahisəli Dağlıq Qarabağ bölgəsi üstündə baş verən şiddətli müharibə, rus qoşunları tərəfindən həyata keçirilən gərgin atəşkəsə çevrildi. Uzun müddətdir Qafqaz bölgəsində təxribatçılıq edən Rusiya üçün sülhməramlı rolu bir düymədir – keçmiş Sovet ərazisindəki nüfuzunu qorumağa çalışan bir ölkə üçün yeni bir ölçü və fürsətdir.

Dağlıq Qarabağın paytaxtı Stepanakertdə (Xankəndi) Azərbacaycanın zərbəsindən qurtularaq sağ qalan 67 yaşlı erməni Svetlana Movsesyan quru meyvə və bal satdığı bazarda “Onlar hər şey yaxşı olacaq deyirlər. Mən Vladimir Vladimiroviç Putinə inanıram",- dedi.

Cənubi Qafqazın bu əsrdə gördüyü ən dəhşətli münaqişəsi ətrafında baş verən, bu payızda minlərlə insanın həyatına son qoyan müharibəni dayandıran Rusiya Prezidenti cənab Putin idi. Ancaq bu dəfə postsovet dövründə Gürcüstanı və Ukraynanın torpaqlarını hərbi yolla işğal etdiyi zaman istifadə etdiyi sərt qəlibdən uzaqlaşaraq etdi.

Analitiklərin fikrincə, bu ölkələrin amansız düşmənə çevrilməsinə səbəb olan taktikalar getdikcə yumşaq və sərt gücün qarışığından istifadə edən Kreml üçün köhnəlmiş görünür. Məsələn Belarusda nümayişlərə münasibətdə də Kreml yumşaq davrandı, birbaşa müdaxilə etmədi, ancaq Aleksandr Lukaşenkoya dəstəyini də əsirgəmədi.

Son müharibənin başa çatması barədə danışıqlar apararkən Putin Rusiyanın hərbi gücünə arxalanaraq münaqişədəki hər iki tərəfə güzəştə getdi, ancaq rəqib tərəflərdən könülsüz də olsa inam qazandı. Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə paktı var, lakin cənab Putin bunu Dağlıq Qarabağa tətbiq etməmək üçün israr etdi. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə yaxın şəxsi əlaqələri var. Göründüyü kimi, bu strategiya ilə Kreml bölgədə hərbi dayaq yaratmaq üçün və Azərbaycanı da özgəninkiləşdirmədən Ermənistanı Rusiyanın təsir dairəsinə salmaqla dərhal qazanc əldə etdi.

merlin_180474939_87acc552-8411-44cd-9c8d-ff6173d8df90-superJumbo.jpg
Altı həftə davam edən müharibə zamanı bombalanaraq qismən məhv edilən Stepanakertdəki açıq bazar.

“Bu, sözün klassik mənasında pasifist rolunu oynamaq üçün bir fürsətdir", – deyə Rusiya hökumətinə yaxın araşdırma qurumu olan Rusiya Beynəlxalq İşlər Şurasının baş direktoru Andrey Kortunov qeyd edib:

"Ümid edirəm ki, postsovet məkanında öyrənmə prosesi və Rusiya strategiyasında dəyişikliklərin şahidi oluruq".

1990-cı illərin əvvəllərində – uzun illər davam edən müharibədən sonra Ermənistan Rusiyanın dəstəyilə, Sovet İttifaqının dağılması ilə də sürətlənən bir proseslə Azərbaycanın ermənilər yaşayan bölgəsi olan Dağlıq Qarabağda nəzarəti ələ keçirib. Ermənistan qüvvələri ətraf əraziləri də ələ keçirərək yarım milyondan çox azərbaycanlını qovub.

Diplomatik danışıqlar pozulduqdan sonra Azərbaycan ərazilərini zorla geri almaq üçün 27 sentyabrda hücuma başlayıb və qismən İsrail və Türkiyə istehsalı olan qabaqcıl pilotsuz təyyarələr sayəsində müvəffəqiyyət qazanıb.

Noyabr ayının əvvəllərində Azərbaycan əsgərləri meşələrlə əhatə olunan dağ yamaclarına qalxaraq əlbəyaxa döyüşlərlə Şuşa dağ zirvəsini ermənilərin nəzarətindən aldılar.

9 noyabrda sülh müqaviləsi imzalanana qədərki dövrdə təxminən 50 min erməninin yaşadığı Stepanakertə gedən yol boyu azərbaycanlılar erməni əsgərlərini yumruqlayırdı və daha böyük bir müharibənin yaxınlaşdığı görülürdü.

Daha öncə atəşkəs yaratmağa çalışan Putin araya girdi. Azərbaycan o gecə təsadüfən Moskvaya müdaxilə etmək üçün bir bəhanə verəcək Rusiya helikopterini vurdu. Mövzu barədə ölkənin paytaxtı Bakıda məlumat alan bir neçə nəfərin dediyinə görə, Rusiya Prezidenti Əliyevə ultimatum verdi: “Əgər Şuşa tutulduqdan sonra Azərbaycan fəaliyyətini dayandırmasa, Rusiya ordusu müdaxilə edəcək”.

Azərbaycan mənbələrinin verdiyi məlumata görə, həmin gecə naməlum bir raket Bakıda yaralanmalara səbəb olmadan açıq əraziyə düşüb. Bəziləri bunun müdaxilə etməyə hazır olduğu və ciddi zərər verə biləcəyinə dair Rusiyadan gələn bir siqnal olduğuna şübhə edirdilər. Bir neçə saat sonra cənab Putin atəşkəs elan etdi və cənab Əliyev televiziyada çıxış edərək bütün hərbi əməliyyatların bitəcəyini dedi. Ermənistanın Baş naziri Nikol Paşinyan döyüş meydanında daha çox qan tökülməsi ehtimalı ilə qarşılaşdıqlarından bunu etməkdən başqa çarəsi olmadığını söylədi. Cənab Əliyev müqavilədə Qarabağda Ermənistanın nəzarətindəki bütün ərazilərin Azərbaycana qaytarılmasının qeyd olunduğunu dedi və bunu bir qələbə kimi açıqladı. Ancaq o da güzəştə getməli idi: sülhməramlı kimi xidmət edən təxminən 2000 rus hərbi qulluqçusu indi Azərbaycanda yerləşdiriləcək. Bu, Rusiya üçün strateji bir üstünlük idi və Moskvaya İranın şimalında hərbi dayaq verdi, eyni zamanda rus qoşunları dünyanın ən sərt etnik münaqişəsinin ortasında qaldıqları üçün onları riskə soxdu.

merlin_178686930_bffb9917-d0f7-412f-b12c-919d7a5a30e3-superJumbo.jpg
Şuşada müharibə sırasında top atəşinə tutulmuş bir katedralın içərisində, şəhər Azərbaycan tərəfindən geri alınmadan öncə

“İndi bunun necə sonlanacağını bilmirəm, çünki Qafqazda Rusiya sülhməramlı qüvvələrinin müsbət nümunələri yoxdur",- deyə 1990-cı illərdə Azərbaycan Müdafiə Nazirliyində xidmət edən Azad İsazadə bildirib:

"Bunun necə sonlanacağından narahatam".

Sovet tanklarının Bakının mərkəzi meydanında nümayişçiləri vurduğu 1990-cı ilin qanlı hadisələri, demək olar ki, hər bir Azərbaycanlının yaddaşında qalıb. O vaxtdan bəri, rus qoşunları dəfələrlə Qafqazın problemli ərazilərini işğal edib, əksər hallarda sülhməramlı pərdəsi altında. Daha çox işğalçı bir ordu qismində olan Rusiya indi Dağlıq Qarabağın gələcəyi üçün kritik rol oynayacaq və bölgənin uzunmüddətli statusu qeyri-müəyyən olaraq qalacaq.

merlin_180040422_1f6f22e7-da32-4b38-998a-32a9fd28215f-superJumbo.jpg
Sülh müqaviləsi elan edildikdən bir həftə sonra Azərbaycanlılar qeyd edir.

“Rusiya onu tək buraxmaq istəmir. Onlar bu donuq dövləti sevirlər", – deyə keçmiş diplomat və dövlət tərəfindən maliyyələşdirilən, Bakıda yerləşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev qeyd edib. "Müdaxilə etməyə hazırlaşırlar",- deyə o əlavə edib.

Ancaq bir analitik bildirdi ki, Putinlə razılaşma Əliyev üçün qismən əlverişli idi- ona görə ki, Azərbaycan qüvvələri onsuz da gərgin idi və düşmən erməni əhalisinin öhdəsindən gəlmək kimi əlavə yük daşıyarkən daha sərt bir qış müharibəsi ilə üz- üzə qalacaqdılar.

“Düşünürəm ki, Əliyevi dilə tutmağa çox vaxt getməyib, çünki o, Rusiyayla münasibətinə dəyər verir”, – deyə Avropa Fondunun (“Carnegie Europe”) aparıcı əməkdaşı Tomas de Val (Thomas de Waal) qeyd edib və əlavə edib.

merlin_178807221_ee3cf6b1-4ad9-4796-9585-eeb933af6c98-superJumbo.jpg
1990-cı ildə Sovet Ordusu tərəfindən şəhid edənlər üçün qurulmuş Bakıda yerləşən Şəhidlər Xiyabanı qəbiristanlığı və memorialı.

Son illər ermənilərin bir çoxu Qərblə daha sıx əlaqələr qurmağa çalışır. Bu müharibə Rusiyanın onların təhlükəsizliyi üçün kritik rol oynadığını sərt bir şəkildə xatırlatdı. Bir çox erməni üçün real bir təhlükə olaraq görünən Azərbaycanın əsas müttəfiqi Türkiyənin duruşuna görə ermənilər “keçmiş mövqelərinə, Rusiyanı xilaskar olması anlayışına” geri qayıtdılar deyə Ermənistanın paytaxtı Yerevanda yaşayan siyasi analitik Riçard Qiraqosyan (Richard Giragosian) bildirib.

1915-ci ildə başlayan “erməni soyqırımı”na sığınan və Osmanlı Türkiyəsinə qarşı ermənilərlə birgə döyüşən Rusiya idi. Qiraqosyan "Ermənistan məhdud imkanları və daha az manevr imkanı ilə Rusiya orbitində daha möhkəm bir şəkildə bloklanıb" dedi:

"Dağlıq Qarabağın gələcək təhlükəsizliyi indi Moskvaya sahib olmadıqları qədər güc bəxş edən Rusiya sülhməramlılarından asılıdır".

merlin_180424452_e283acdf-0e6d-43fb-9eb5-433888260992-superJumbo.jpg
Füzuli şəhəri.Keçmiş cəbhə bölgəsi boyunca məhv edilmiş bir erməni tankı

9 noyabr sülh müqaviləsi bölgənin uzunmüddətli statusu haqqında heç bir şey söyləmir və rus sülhməramlılarının himayəsi altında avtobusla evlərinə qayıdan ermənilər bölgədə Rusiyanın müdafiəsi olmadan yaşamağı təsəvvür edə bilmədiklərini söyləyirlər.

Etnik bir erməni olan 67 yaşlı Vladik Xaçatryan, rus ordularının yerləşdiyi Stepanakert (Xankəndi) hərbi məktəbini tərk edərkən, Stepanakertdə (Xankəndində) yayılan şayiələrin ona gələcəklə bağlı ümid verdiyini söylədi: "Tezliklə Rusiya pasportu alacağıq. Rusiyasız yaşaya bilmərik".

Stepanakert bazarının qarşısında, Nver Mikaelyanın otelinin 6 nömrəli otağında, müharibənin bitməsindən bir həftədən çox zaman keçməsinə baxmayaraq çarşaflarda tünd qırmızı ləkə dururdu. Otaqdakı son qonaqların alt paltarları və dəsmalları oktyabr ayında Azərbaycan tərəfindən atılan bombaların qəlpələri ilə deşilmiş yataq başlıqlarına asılmışdı. Bölgədəki digər ermənilərə səslənən Mikaelyan, davamlı sülh üçün aydın bir yol gördüyünü söylədi: “Dağlıq Qarabağ Rusiyanın bir hissəsinə çevrilməlidir. Bu fikir həddini aşmış fikir kimi görünür, lakin bu illər ərzində cənab Putin tərəfindən dəstəklənməsə də, Rusiya və Dağlıq Qarabağdakı siyasətçilər tərəfindən dəstəklənib”.

"Başqa nə edilməlidir?" bir daha otel otağının partladılmış qapısına, divardan düşən televizora, üçüncü mərtəbədə hələ duran qan izlərinə baxaraq Mikaelyan soruşdu.

“Avropa Birliyi heç bir şey etmir. Amerikalılar heç bir şey etmirlər", – dedi.

Ana səhifəXəbərlər“The New York Times”: Xankəndi sakini deyir ki, tezliklə Rusiya pasportu alacağıq